Icma.az
close
up
RU
Cəlaloğlu: Azərbaycan Ermənistan müharibəsinin başlamasına nə şərait var, nə də səbəb

Cəlaloğlu: Azərbaycan Ermənistan müharibəsinin başlamasına nə şərait var, nə də səbəb

Icma.az bildirir, Reyting.az portalına istinadən.


“Azərbaycan və Ermənistanın indiki vəziyyətini “Nə müharibə, nə də sülh” kimi qiymətləndirirəm. Hazırda Ermənistanda müharibə partiyası yoxdur. Daha doğrusu, əvvəlki erməni hakimiyyətinə rəhbərlik edən şəxslərin başında durduğu partiyalar var, amma onlar getdikcə sıradan çıxırlar. Yəni Ermənistanda müharibənin tərəfdarı olan partiyalar iflasa uğrayıblar”.
Bunu “Reytinq” qəzetinə açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.
Müsahibimizin sözlərinə görə, Ermənistanda fərdlər səviyyəsində Azərbaycanla müharibə aparmaq və əvvəlki vəziyyəti qaytarmağı arzulayan şəxslər olsa da, nə indi, nə də gələcəkdə Ermənistanın Azərbaycanla müharibə aparmaq imkanı olmayacaq: “Bəli, müəyyən qüvvələr qarşıdurmanın olmasını arzulayır və sülhün əldə edilməsini istəmirlər. Amma indi hər iki tərəfə sülh lazımdır. Düşünürəm ki, sülhün əleyhdarları da zəiflədikdən və sıradan çıxdıqdan sonra sülh əldə ediləcək”.
S. Cəlaloğlu Azərbaycan və Ermənistan arasında müharibə gözləmədiyini deyib: “Müharibə üçün nə şərait, nə də səbəb var. Əvvəlki dövrdə Qarabağda yaşayan ermənilərdən vasitə kimi istifadə edildi, Qarabağı Ermənistana birləşdirmək niyyəti də vasitə kimi göstərildi. İndi isə nə səbəb var, nə də vasitə. Qarabağda erməni əhali yoxdur. Amma iki ölkə arasındakı sərhədlərdə insidentlər ola, tərəflər bir-birinə güllə ata bilərlər. Bu isə müharibə deyil”.
ADP sədrinin fikrincə, sülh üçün bəzi addımlar atılmalıdır:
“Birincisi, Ermənistan Zəngəzur üzərindən Azərbaycanın Naxçıvana gediş-gəlişini təmin etməlidir.
İkincisi, Ermənistan beynəlxalq səviyyədə Azərbaycana qarşı apardığı işi dayandırmalıdır.
Eyni zamanda iki ölkə vasitəçi olmadan danışıqlar masasında oturub razılığa gəlməli və sülh sazişi imzalamalıdır”.
Y. QACAR
Reyting.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:151
embedMənbə:https://reyting.az
archiveBu xəbər 15 May 2025 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see336

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see336

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see327

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see326

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see309

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see306

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see291

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see291

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see288

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see287

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see280

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see276

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see265

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see263

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see263

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see253

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see251

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see247

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see233

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri