Icma.az
close
up
RU
Cəlaloğlu: Azərbaycan və Ermənistan arasında əməkdaşlıq formasına keçid baş verib

Cəlaloğlu: Azərbaycan və Ermənistan arasında əməkdaşlıq formasına keçid baş verib

Reyting.az saytına istinadən Icma.az xəbər verir.


“Azərbaycan və Ermənistan arasında faktiki olaraq sülh sazişi mövcuddur. Çünki 44 günlük müharibədən və antiterror əməliyyatlarından bu yana ciddi insident baş verməyib. Üstəlik, Ermənistan hökumətinin addımları göstərir ki, Azərbaycan və Türkiyə ilə yaxınlaşmaq niyyətləri var. Məsələn, İsrail baş nazirinin saxta erməni “soyqrımı”nı tanıyacağına dair bəyanatına Nikol Paşinyanın cavabı, habelə erməni parlamentində “soyqrımı” inkar edənlərin həbsini nəzərdə tutan qanun layihəsinin müzakirəyə çıxarılmaması, Türkiyə-Ermənistan danışıqları, beynəlxalq təşkilatlarda Bakı və İrəvan arasında gərginliyin olmaması kimi hallar göstərir ki, əslində, Azərbaycan və Ermənistan sülh şəraitindədir. Bir qədər də irəliyə getsək, müəyyən məsələlərdə mövqeləri uyğunlaşdırmaq mümkündür”.

Bunu “Reytinq” qəzetinə açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.
Məsələnin formal tərəfinə gəldikdə, S. Cəlaloğlunun fikrincə, sülh təkcə Azərbaycan və Ermənistandan asılı deyil. Burada bəzi qüvvələrin də maraqları var. Ona görə də məsələ bəzən Azərbaycan və Ermənistan əlaqələri ilə paralel olaraq ABŞ-Rusiya münasibətlərindən, beynəlxalq geopolitik durumdan da asılı olur.
ADP sədri düşünür ki, artıq Azərbaycan və Ermənistan arasında hərbi qarşıdurmadan bəhs etməməliyik: “Yəni belə bir qarşıdurma yoxdur. Ermənistan ilə Azərbaycan arasında faktiki olaraq sülhün yarandığını qəbul etməliyik və bu, doğurdan da reallıqdır”.
S. Cəlaloğlu əlavə edib ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalandıqdan sonra qarşılıqlı səfirliklər açılacaq, iqtisadi sahədə əməkdaşlıq razılaşmaları imzalanacaq: “Ancaq bütün bunlar üçün alt yapının hazırlanması lazımdır. Əgər biz Ermənistanla kommunikasiyanı açacağıqsa, dağılmış xətlər bərpa olunmalıdır. Məsələn, biz Zəngəzurdan danışırıq, amma hələ də Ermənistan ərazisindən Zəngəzur dəhlizini birləşdirəcək yol inşa edilməyib. Biz özümüz iş aparsaq da, onu tam başa çatdırmamışıq. Həmçinin Türkiyə tərəfindən bu yol yeni inşa edilir. Yəni faktiki sülh müqaviləsinin imzalanmasına qədər bir çox işlər var ki, onları müqavilə imzalamadan da yerinə yetirmək mümkündür. Amma son zamanlar Azərbaycan və Ermənistanın xarici siyasəti, bu iki dövlətin ABŞ-da eyni sənədlərə imza atması göstərir ki, nəinki bu dövlətlər arasında sülh prosesi başa çatıb, qeyri-rəsmi olsa da, əməkdaşlıq formasına keçid baş verib. Biz bunu Azərbaycan prezidenti ilə Ermənistan baş nazirinin beynəlxalq tədbirlərdə yan-yana durmalarında, bir-birlərinə xoş münasibət bəsləmələrində, eləcə də Çin səfəri zamanı birinci xanımlar səviyyəsində münasibət qurulmasında da gördük. Yəni Azərbaycan və Ermənistan arasında müharibə vəziyyəti müşahidə olunmur”.
Müsahibimiz bildirib ki, Azərbaycandan fərqli olaraq Ermənistanda ümumi vəziyyət hökumətin apardığı siyasətə uyğun deyil, onunla ayaqlaşmaqda çətinlik çəkir: “Xüsusilə, Ermənistanda Rusiyanın təsirində olan böyük iş admları, kilsə və müxalifət mövcuddur. Bu qüvvələr ölkə daxilində baş nazir Paşinyanın apardığı siyasətə qarşı ciddi müqavimət göstərirlər. Azərbaycanda isə belə faktorlar yoxdur.
Düzdür, bizdə də “beşinci kolon”, Rusiya maraqlarını müdafiə edən qüvvələr var. Hətta Zatulin kimi rus siyasətçilər bu qüvvələrin “hərəkətə” gətirilməsinin vaxtının çatdığını desə də, nəticə alınmayıb.
Ölkəmizdəki rus icması da Azərbaycan dövlətinin maraqlarını müdafiə edir. Eləcə də “beşinci kolon” dediyimiz qüvvələr burada ortaya açıq mövqe qoya bilmirlər, çünki sosial bazaları yoxdur.
Amma bizdən fərqli olaraq Ermənistanda ruspərəst qüvvələrin geniş bazası var və onlar demək olar ki, ölkələrində gərginlik, çxnaşma yarada bilirlər. Məncə, bu amili nəzərə alaraq Ermənistan hakimiyyəti sülh müqaviləsini tezliklə bağlamağa tələsmir, daxildəki vəziyyəti tam nəzarətə almalıdırlar ki, sülh müqaviləsini imzalasınlar. Bu, faktiki erməni kilsəsinin neytrallaşdırılması deməkdir. Bu, həm də Rusiyada milyonlar qazanaraq gəlib Ermənistanda rus maraqlarını qorumağa çalışan şəxslərin zəiflədilməsi anlamına gəlir. Eyni zamanda, bu, ölkə daxilində Rusiyanın əlinə oynayan, uzun illər erməni cəmiyyətində Azərbaycana və Türkiyəyə nifrət bəsləyən qüvvələrin, xadimlərin və partiyaların neytrallaşdırılması mənasını verir. Ermənistanda bu istiqamətdə işlər gedir, bir neçə din xadimi, Rusiyadan gələn milyarder, həmçinin rus maraqlarını müdafiə edən partiyalar neytrallaşdırılıb. Amma proses davam edir”.
Baş nazir Paşinyanın bir tərəfdən ölkəsinin təhlükəsizliyini təmin etdiyini, digər tərəfdən də Rusiyadan uzaqlaşmağa çalışdığını vurğulayan S. Cəlaloğlunun ehtimalına görə, bu ilin sonunda iki ölkə arasında sülh müqaviləsi imzalana bilər.
Nemət ORUCOV
Reyting.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://reyting.az
archiveBu xəbər 09 Sentyabr 2025 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see325

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see305

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see286

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see286

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see281

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see276

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see274

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see248

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see236

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see235

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see234

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see232

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see228

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see219

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see215

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see213

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see209

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri