Icma.az
close
up
RU
Cəlaloğlu: İki ölkə Azərbaycan və Ermənistanın sülh sazişi imzalamasına mane olur

Cəlaloğlu: İki ölkə Azərbaycan və Ermənistanın sülh sazişi imzalamasına mane olur

Reyting.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


“İndiki şərtlər altında 2025-ci ildə Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasını gözləmək doğru deyil. Almaniya prezidenti ilə görüşü zamanı Azərbaycanın dövlət başçısı İlham Əliyev iki fundamental şərti olduğunu qeyd etdi. Bunun biri ATƏT-in Minsk qrupunun ləğvi, digəri Ermənistan Respublikası Konstitusiyasının dəyişdirilməsidir. Çünki Ermənistanın ana qanununda Azərbaycana qarşı ərazi iddiası var”.
Bunu “Reytinq” onlayn qəzetinə açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib.
S. Cəlaloğlunun fikrincə, ola bilsin, hər iki məsələ bir ilə yaxın müzakirə tələb edir: “Ermənistanda konstitusiya reformasını həyata keçirmək üçün azı bir ildən çox vaxt lazımdır. Eləcə də ATƏT-in Minsk qrupunun ləğv edilmə proseduru zaman alacaq. Bu baxımdan ehtimal edirəm ki, bu iki şərtə əməl olunmadan Azərbaycan müqavilə imzalamayacaq”.
Partiya sədri qeyd edib ki, burada digər məsələ Rusiyadır: “Rusiya Ermənistana ciddi təzyiq edir və Azərbaycanla müqavilənin bağlanmasına imkan vermir. Bu, son dövrlər açıq müşahidə edilir. Rusiyanın belə bir niyyətinin olduğu aydındır. Bu baxımdan sülh sazişinin bu ilə əldə ediləcəyi və imzalanacağı ehtimalı yüksək deyil”.
S. Cəlaloğlu sonda əlavə edib ki, Amerika və digər qüvvələr sülh sazişinin imzalanmasına təkid etsələr də, Rusiya və İranın bölgədə təsiri güclü olduğu üçün müəyyən problemlər yaranır: “Məncə, bu iki ölkənin təsirini neytrallaşdırmadan sülh sazişini əldə etmək asan olmaz”.
Y. QACAR
Reyting.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://reyting.az
archiveBu xəbər 03 Aprel 2025 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri