Cəlilabadda xəstəxananın tikintisi və avadanlıqla təchizatı işləri dayandırıldı
Pravda.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Səhiyyə Nazirliyinin Tikilməkdə olan Müəssisələr Müdiriyyətinin Cəlilabad rayonunun Göytəpə şəhərində 60 çarpayılıq xəstəxananın tikintisi və avadanlıqla təchizatı işlərinin davamı ilə bağlı elan etdiyi tender ləğv edilib.
Pravda.az-ın xəbərinə görə, qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi qəbul edib.
Səbəb isə açıqlanmayıb.
Satınalmanın dəyəri 9 720 455 AZN olub.
Cabir Həsənov

