Minlərlə insan tibbi yardım üçün müraciət etdi: Əldən salan virus...
Icma.az, Bakupost portalına istinadən məlumat yayır.
Qazaxıstanda virus yayılması səbəbindən Almatı şəhərinin 14 000-dən çox sakini tibbi yardım üçün müraciət edib.
"Bakupost" SHOT "Telegram" kanalına istinadən xəbər verir ki, təxminən 3 000 uşaq xəstəxanaya yerləşdirilib.
Yoluxanlar bir neçə gün ərzində yüksək hərarətdən əziyyət çəkirlər. Bəzi hallarda temperatur 40 dərəcəni keçir və dərmanlarla aşağı düşmür. Simptomlar arasında həmçinin titrətmə, bədən ağrıları, boğaz ağrısı, güclü öskürək və baş ağrısı müşahidə olunur. Bəzi xəstələrdə qusma və ishal da yaranır.
Valideynlər bildirirlər ki, dərman qəbulundan sonra uşaqların vəziyyəti bəzən yaxşılaşır, lakin bu, cəmi bir neçə saat davam edir, sonra hərarət yenidən yüksəlir. Bəzi böyüklər uşaqları ilə birlikdə həkim qəbulunu gözləyərkən virusa yoluxduqlarını iddia edirlər.
"Bəzi valideynlər artıq virusu "əldən salan virus" adlandırırlar", - məlumatda qeyd olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 21 Noyabr 2026 20:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















