Icma.az
close
up
RU
“Cəmiyyət “dindarlardan” heç nə öyrənə bilməz” İLAHİYYATÇIDAN SƏRT REAKSİYA

“Cəmiyyət “dindarlardan” heç nə öyrənə bilməz” İLAHİYYATÇIDAN SƏRT REAKSİYA

Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Əsrlər boyu din, insan cəmiyyətlərinin mənəvi dayağı və davranış normalarının formalaşmasında mühüm rol oynayıb.

Lakin zaman keçdikcə dinin mahiyyətindən uzaqlaşma, onun üzərinə əlavə olunan uydurmalar və təhriflər, cəmiyyətdə ciddi boşluqlara səbəb olub.

Bu gün xüsusilə sosial şəbəkələrdə müşahidə olunan mənzərə, dini təmsil etdiyini iddia edənlərin davranışları bu boşluğun nə qədər dərinləşdiyini göstərir.

Gununsesi.info-ya danışan ilahiyyatçı Tural İrfan qeyd edib ki, sosial şəbəkələrdəki rastlaşdığımız mənzərələr acınacaqlıdır:

“Uydurulmuş və endirilmiş din anlayışlarının qütbləşməsi, eləcə də bu iki yanaşma arasındakı qarşıdurmalar və eyni zamanda xurafat təəssübkeşlərinin uydurulmuş din çərçivəsində apardığı məzhəb və təriqət mübarizələri, dinin cəmiyyətə verə biləcəyi mənəvi töhfənin gerçəkləşməsinə imkan vermir.

Bugün biz sosial şəbəkələr əsrində yaşayırıq, lakin bu platformalarda da dinin məsuliyyət hissi aşılaması və birlik yaradan güc kimi çıxış etməsi əvəzinə, tez-tez parçalanma və qarşıdurmalara xidmət etdiyini müşahidə edirik.

Bugün sosial şəbəkələr əsrində yaşayırıq. Orada din adamlarının, eləcə də özünü dindar hesab edən şəxslərin bir-birilə mübahisə etdiyini, bəzən isə açıq şəkildə söyüş və təhqirlərlə ünsiyyət qurduğunu görürük.
Bəs bu, dinin təməlində dayanan mənəvi dəyərlərə, əxlaqa və qarşılıqlı hörmətə nə dərəcədə uyğundur? Bu din deyil”.

İlahiyyatçı vurğuayıb ki, cəmiyyətimiz indiki sosial mediada görünən, sözün əsl mənasında deyil, dırnaqarası “dindarlardan” mənəvi baxımdan heç nə öyrənə bilməz:

“Orada əkilənlərin içində cəmiyyətin ruhunu qidalandıra biləcək, insana daxili rahatlıq və məsuliyyət hissi aşılayan demək olar ki, heç bir şey yoxdur.Məhz bu səbəbdən bu günün dindarları, dini yaşayan insanlar — yəni bütün müsəlmanlar — müsəlmanlıq məsuliyyətini dərk etməlidirlər.

Qurana görə yalnız “müsəlman” anlayışı var; “ruhani”, “molla”, “axund”, “müctəhid” kimi təbəqələr isə uydurulmuş dinin məhsuludur.

Müsəlman — haqqa təslim olan və doğru yaşayan insandır. Bunun üçün nə çuxa geyinməyə, nə əmmamə bağlamağa, nə də saqqal uzatmağa ehtiyac var.

Əsas olan insan olmaqdır. Dinimizin və Yaradanın bizdən istədiyi budur. Təəssüf ki, bu gün bunun tam əksini görürük”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 30 İyul 2025 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see640

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see271

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see245

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see229

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see207

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see199

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see192

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see183

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see179

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see176

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see164

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see164

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see153

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see150

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see150

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see144

Amerikalı diplomat: ABŞ İranda Liviya ssenarisinin təkrarlanmasını istəmir

01 Fevral 2026 06:07see143

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see138

“Qarabağ”ın qapıçısı Çempionlar Liqasında ilk “10 luq”da yer alıb

01 Fevral 2026 08:37see136

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri