Icma.az
close
up
RU
Menu

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

Pensiyalar yanvarda bu qədər artacaq

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

“Bu modeldə müəllimə ən azı iki dəfə yüksək maaş verilməsi planlaşdırılır...”

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

Nicat Kazımov oğluna toy etdi Video

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

Nəcibənin toyudur Fotolar

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

Mərhum Xalq artistinin yaxın qohumu imiş

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

“Qadın sünnəti mağara dövrünün adətləridir” İLAHİYYATÇIDAN SƏRT MÖVQE

“Qadın sünnəti mağara dövrünün adətləridir” İLAHİYYATÇIDAN SƏRT MÖVQE

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Təəssüf ki, bu gün dünyada milyonlarla qız uşağı qadın sünnəti – FGM (Female Genital Mutilation) adlı ağır və acı bir təcrübənin qurbanına çevrilir.

Son statistikaya görə, təxminən 27 milyon qız bu təhlükə altındadır ki, bu da məsələyə qlobal diqqət və təcili reaksiya göstərilməsinin vacibliyini ortaya qoyur.

Qadın sünnəti insan hüquqlarına, qız uşaqlarının sağlamlığına və gender bərabərliyinə ciddi təhdiddir. Bu qanunsuz və təhlükəli adət təkcə bəzi Şərq ölkələrində deyil, qloballaşan dünyamızda da yayılan ciddi bir insan hüquqları problemi kimi qəbul olunmalıdır. Statistik göstəricilər göstərir ki, adekvat müdaxilə və maarifləndirmə tədbirləri görülməzsə, bu zərərli ənənə davam edəcək və daha çox qız uşağı fiziki və psixoloji travmalarla üz-üzə qalacaq.

Beynəlxalq təşkilatlar, dövlətlər və QHT-lər bu problemi birgə həll etmək üçün daha sistemli və effektiv strategiyalar həyata keçirməlidirlər.

Bəs İslamda qadın sünnətinə dair hansısa bir göstəriş varmı? Bu cür absurd bir adətlərin qarşısının alınması üçün din xadimləri və cəmiyyət hansı addımları atmalıdır?

Gununsesi.info-ya açıqlamasında ilahiyyatçı Tural İrfan bildirib ki, qızların sünnət olunması ilə bağlı nə Qurani-Kərimdə, nə də İslam Peyğəmbəri Həzrəti Məhəmmədin (s) hədislərində hər hansı bir göstəriş və ya əmr yoxdur:

“Çox sonralar onun adına yazılmış bəzi fars müəllifli kitablarda zəif hədislərə rast gəlmək olar. Lakin orada da bu, əmr yox, daha çox tövsiyyə xarakterlidir. Guya Peyğəmbər sünnətin qadın üçün fəzilət olduğunu demişdir, amma belə bir sözün sübuta yetirilməsi mümkün olmayıb.

Bu baxımdan dində qadın sünnətinin olub-olmaması ilə bağlı fikirlər ziddiyyətlidir. Bəziləri bunun dinimizdə olduğunu desə də, araşdırmalar göstərir ki, heç bir dində qadın sünnəti ilə bağlı birmənalı tələb yoxdur.

Tədqiqatçılar hesab edir ki, qadınların sünnət olunması adəti 2 min 500 il əvvəl Misirdə başlamış və sonradan Afrikanın digər bölgələrinə yayılmışdır.

Ümumiyyətlə, mövqeyimiz budur ki, o dövrdə müxtəlif səbəb və tələblərə görə belə bir ayin və ya adət müəyyən coğrafiyalarda mövcud olub. Lakin indiki dövrdə qadınların sünnət edilməsi vəhşilikdir və insan haqlarına qarşıdır. Onun nə dini əsası, nə tibbi faydası, nə də başqa xeyri var. Əksinə, statistikaya görə, bunu icra edən ölkələrdə çoxsaylı insan tələfatı baş verir. Müxtəlif viruslar yoluxur, antisanitariya şəraitində icra edildiyindən infeksiyalar yayılır, qadınlar isə şikəst edilir. Bu baxımdan İslam hüququna görə qadın sünnəti haram hesab oluna bilər, çünki dinimizin fəlsəfəsi insana faydalı olanı əmr etmək, zərərli olanı qadağan etməkdir.

Orta əsr İslam tarixçisi Cərir Təbərinin qeydlərinə görə, qadın sünnətinin tarixi İbrahim peyğəmbər vaxtına gedib çıxır. Rəvayətə görə, qadın sünnəti onun dövründə başlayıb və ilk sünnət olunmuş qadın da onun ikinci həyat yoldaşı Həcər olub. Belə ki, İbrahimin ilk arvadı Sara Həcəri qısqanırdı. Həcər çox gənc idi və buna görə də İbrahim onun yanında daha çox vaxt keçirirdi. Buna görə Sara şərt qoydu ki, Həcəri sünnət etsinlər ki, onun intim hissləri ölsün.

Qadın sünnəti ona görə edilir ki, qadın cinsi əlaqə zamanı həzz hissi almasın və yalnız nəsil artırmaq üçün rol oynasın. Guya qadının həzz almaq üçün başqa kişilərə meyl etməməsi naminə bunu edirdilər. Orta əsrlərdə Avropada hətta qadınların orta hissəsinə geydirilən xüsusi qıfıllı qəfəs də vardı. Uzaq səfərə gedən kişilər onu qadına geydirib qıfıllayır, açarı da özləri aparırdılar ki, qadının ayağı sürüşkənlik etməsin”.

İlahiyatçı vurğulayıb ki, qadın sünnəti insanı şikəst etməkdir və dində heç bir yeri yoxdur:

” Belə şeylər gülünc və mağara dövrünün primitiv adətləridir. Peyğəmbər zamanında onun yaxınlarına belə bir şeyin tətbiq olunması barədə məlumat yoxdur.

Mümkündür ki, Sara qərəzdən Həcər üçün bunu tətbiq etdirsin. Ancaq bu, heç bir dini və mənəvi əsası olmayan, dəyəri olmayan əməldir. Sara peyğəmbər deyildi ki, şəriət qanunu qoysun.

Kişilərin sünnət olunması ilə bağlı dində əmr yox, tövsiyələr var. Bunun tibbi, gigiyenik və digər baxımdan faydalı olduğunu mütəxəssislər də təsdiqləyir və bunda problem yoxdur. Lakin qadın sünnətinin dində göstərişi yoxdur, tibbi, sosial və digər yöndən isə çox zərərlidir. Bu, birbaşa qadının şikəst edilməsi deməkdir ki, bu da cinayətdir.

Beynəlxalq təşkilatlar bu məsələnin ləğvi və məsuliyyətə cəlb olunması üçün ciddi iş aparmalıdır. Din alimləri də müvafiq fətva verməli, müsəlmanların belə əməllərə meyl etməməsi üçün tövsiyə və maarifləndirmə işləri həyata keçirməlidirlər”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:78
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 07 İyul 2025 09:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see509

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see329

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see287

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

19 Noyabr 2025 23:18see213

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see196

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see156

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see148

“Bu modeldə müəllimə ən azı iki dəfə yüksək maaş verilməsi planlaşdırılır...”

19 Noyabr 2025 13:22see147

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see145

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see140

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see139

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see137

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see136

Nicat Kazımov oğluna toy etdi Video

19 Noyabr 2025 22:37see132

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see129

Nəcibənin toyudur Fotolar

19 Noyabr 2025 21:20see129

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

20 Noyabr 2025 16:09see128

Mərhum Xalq artistinin yaxın qohumu imiş

19 Noyabr 2025 11:22see128

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see127

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

20 Noyabr 2025 16:11see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri