Icma.az
close
up
RU
Çempion ilk xalını 4 cü turda qazandı

Çempion ilk xalını 4 cü turda qazandı

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

Startı yanvarın 24-də verilən Argentina çempionatında mübarizə getdikcə qızışır.

"Football-plus.az" xəbər verir ki, fevralın 6-9-u aralığında keçirilən 4-cü turun oyunlarından sonra hər iki qrupun yuxarı pillələrində vəziyyət dəyişdi. Artıq yüksək liqada xal itirməyən komanda qalmayıb. Xal qazana bilməyənlərin sayı isə ikiyə bərabərdi.
Ötən mövsümün mükafatçılarından ikisinin uğursuz startı davam edir. Argentinanın son çempionu “Veles Sarsfild” yeni mövsümün ilk üç matçında nə qol vura, nə də xal qazana bilmişdi! Şübhəsiz ki, bu, fərqli formatla keçirilən mövsümün startının ən böyük sensasiyası idi. Qustavo Kinterosun “Qremio”ya yollanmasından sonra indi Sebastyan Domingesin başçılığı altında çıxış edən paytaxt komandası ilk xalını 4-cü turda qazandı. “San Lorenso” ilə ev oyunu başladığı hesabla sona çatdı.
Qeyd edək ki, qonaq komanda mövsümün ilk üç matçında da top buraxmamışdı. Belə görünür, oyun planında xeyli geriləyən “Veles”in derbidə də qol vura bilməməsi məntiqəuyğundu. Reallıq həm də çempionun hazırda B qrupunda 1 xalla 14-cü yerdə olduğunu göstərir!
“Talyeres de Kordoba” da yeni mövsümə uğursuz start verib. Dekabrda Aleksander Medina ilə gümüş medallara sahib olan komanda ilk turun səfər oyununda “San Lorenso”ya minimal hesabla, növbəti matçda “İndependyente”yə evdə 2:3 hesabıyla məğlub olmuşdu. Kordobalıların “Qodoy Krus”a qarşı səfər oyunu isə fasilə ərəfəsində yan xətt hakiminin tribunadan atılan yad əşya nəticəsində başından xəsarət almasına görə yarımçıq qalmışdı. “Talyeres de Kordoba” hesabat turunda evdə “Lanus”a da bir top buraxmaqla uduzaraq B qrupunda sonuncu - 15-ci yerə yuvarlandı. Çempion və vitse-çempionla müqayisədə son mövsümün bürünc mükafatçısı yaxşı çıxış edir. İlk 3 oyunda 6 xal qazanan “Rasinq” evdə “Boka Xuniors”a 2:0 hesabıyla qalib gəldi.
Vyetto, 16-cı dəqiqədə meydan sahiblərini önə çıxardı, Adrian Martines isə sona yaxın avelyanedalıların inamlı qələbəsini təmin etdi. 32 yaşlı hücumçu bu mövsüm 4-cü qolunu vuraraq bombardirlərin siyahısında vahid liderliyi ələ aldı. Qustavo Kostasın çalışdırdığı “Rasinq” A qrupunda 5-ci yerdən 2-ciyə yüksəldi. Bu qrupda “Arxentinos Xuniors”un 10 xalla vahid lider olduğunu, “Rasinq” kimi 9 xala malik “Sentral Kordoba”nın isə 3-cü yerə yüksəldiyini də qeyd edək.
B qrupunda hesabat turu ərəfəsində “İndependyente” vahid lider idi. Xulio Vakkarinin komandasının yeni mövsümdə çempionatın xal itirməyən yeganə iştirakçısı olduğunu da bildirək. Avelyanedalıların qələbə seriyası Buenos Ayresdə qırıldı. Ötən mövsümün uğursuzları sırasında olan ölkə nəhənglərindən “River Pleyt” 3 oyuna 5 xal qazanmışdı. Marselo Qalyardonun komandası “qırmızılar”ı fasilədən sonra Kolidionun iki qolu ilə məğlub etdi. “İndependyente” 2-ci yerə düşdü, xalını 8-ə çatdıran “River” isə topların fərqinə əsasən 4-cü pilləyə yüksəldi.
Bu qrupda liderliyi “Atletiko Tukuman”a 3:1 hesabıyla qalib gələn “Rosario Sentral” ələ aldı. 64 yaşlı Ariel Olanın rosarioluların başına ötən ilin noyabrında keçdiyini qeyd edək.
qrup mərhələsi, 4-cü tur
Veles Sarsfild - San Lorenso 0:0
Talyeres de Kordoba – Lanus 0:1
Bou, 42.
Rasinq - Boka Xuniors 2:0
Vyetto, 16. A.Martines, 87.
River Pleyt - İndependyente 2:0
Kolidio, 51; 90+2.
Union - Arxentinos Xuniors 0:1
Oros, 6.
Sentral Kordoba - Nyuellz Old Boyz 2:0
Erediya, 36. Florentin, 90+6.
Rosario Sentral - Atletiko Tukuman 3:1
Malkorra, 36-p. Kampas, 53. Cakkone, 61 – Broun, 49-öz qapısına.
Aldosivi - Barrakas Sentral 1:3
Rami, 90+7 – Kandia, 28; 35. Bruera, 89.
Sarmyento - San Martin San Xuan 1:1
Sur, 55 – Anselmo, 15.
Banfild - Belqrano 1:1
Rivera, 34 - Xara, 90+9-p.
Atletiko Urakan - Tiqre 2:0
Tissera, 17. Miliyeviç, 83-p.
İndependyente Rivadaviya - Estudiantes 2:2
Vilya, 80. Sartori, 83 – Setre, 58. Neves, 81.
Platense - İnstituto 1:0
Lotti, 56.
Deportivo Riestra – Defensa y Xustisiya 1:1
X.Errera, 90 – Kannavo, 49.
Ximnasiya - Qodoy Krus 3:0
Morales, 22. Kastilyo, 63; 75.
A qrupu
1. Arxentinos Xuniors 4 3 1 0 3-0 10
2. Rasinq 4 3 0 1 9-3 9
3. Sentral Kordoba 4 3 0 1 6-2 9
4. Estudiantes 4 2 2 0 7-3 8
5. İndependyente Rivadaviya 4 2 2 0 6-2 8
6. Defensa y Xustisiya 4 2 1 1 8-3 7
7. Banfild 4 2 1 1 5-2 7
8. Barrakas Sentral 4 2 1 1 5-4 7
9. Tiqre 4 2 0 2 4-3 6
10. Atletiko Urakan 4 1 2 1 4-3 5
11. Boka Xuniors 4 1 2 1 3-4 5
12. Nyuellz Old Boyz 4 1 0 3 1-6 3
13. Belqrano 4 0 2 2 2-9 2
14. Union 4 0 1 3 2-6 1
15. Aldosivi 4 0 0 4 1-10 0
B qrupu
1. Rosario Sentral 4 3 1 0 8-2 10
2. İndependyente 4 3 0 1 7-5 9
3. Deportivo Riestra 4 2 2 0 6-1 8
4. River Pleyt 4 2 2 0 4-1 8
5. San Lorenso 4 2 2 0 3-0 8
6. Platense 4 2 1 1 3-2 7
7. İnstituto 4 2 0 2 5-2 6
8. Lanus 4 2 0 2 4-4 6
9. San Martin San Xuan 4 0 3 1 1-2 3
10. Ximnasiya 4 1 0 3 3-7 3
11. Atletiko Tukuman 4 1 0 3 2-8 3
12. Sarmyento 4 0 2 2 2-5 2
13. Qodoy Krus 3 0 1 2 0-6 1
14. Veles Sarsfild 4 0 1 3 0-6 1
15. Talyeres de Kordoba 3 0 0 3 2-5 0
Bombardir: A.Martines (Rasinq) - 4.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 19 Fevral 2025 21:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see277

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see274

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see259

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see250

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see250

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see249

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see243

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see236

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see233

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see223

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see219

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see214

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see214

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see212

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see205

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see200

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see200

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see199

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see187

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri