Icma.az
close
up
RU
Çempionluqdan başqa hər mövqe uğrunda intriqa var idi

Çempionluqdan başqa hər mövqe uğrunda intriqa var idi

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Liqa 1-in son mövsümündə çempionluq uğrunda mübarizə yaşanmadı. Ancaq belə görünür ki, Fransa futbolunun bütün həvəskarları buna öyrəşib.
"Football-plus.az" xəbər verir ki, tarixində ilk dəfə ÇL-i qazanan PSJ daxili arenada da rəqib tanımır. Paytaxt klubu artıq ölkənin 13 qat çempionudu. Özü də hər şey bu seriyanın davam edəcəyindən xəbər verir. Parislilər artıq sona 6 tur qalmış çempionluğu qazanaraq, sakitcə ölkə kubokunun finalına hazırlaşmağa və ÇL zəfərinə doğru yürüməyə başladı.
Çempionluq intriqası öz yerində, ancaq son ana qədər avrokuboklara vəsiqə uğrunda amansız mübarizə getdi. Üç turnirin hər biri ilə bağlı. PSJ-nin ardından “Marsel” də ÇL-ə vəsiqəni təmin etdi. Cənubluların baş məşqçisi Roberto De Zerbi demarşlar təşkil etdi, komanda, hakimlər korpusu ilə münaqişəyə girdi, istefanın astanasında dayandı. Hərçənd belə əsəbiliyi anlamaq olar: “Marsel” bir ara “Avropa Liqası zonası”nda var-gəl edirdi. Baxmayaraq ki, cənublular adlara və heyətin potensialına görə PSJ-yə çox ciddi şəkildə uduzmurdu. Hər halda, komanda sonda “Monako”nu 4 xal qabaqlamaqla ÇL hədəfinə çatdı.
“Knyazlar” 2-ci yer uğrunda sona qədər mübarizə aparsa da, bəzi amillər “Marsel”in xeyrinə idi. Avrokuboklarda olmayan cənublular artıq yanvarın ortalarında ölkə kubokundan da çəkildi. Bununla belə, “Monako”nu bu rəqabətdə geri salan əsas səbəb son turlardakı acınacaqlı nəticələrdi. “Knyazlar” son 5 turun üçündə xal itirdi: “Strasbur” və “Havr” ilə heç-heçələr, “Lans”dan alınan acı məğlubiyyət (0:4) “Marsel”in “çörəyinin üstünə yağ sürtdü”.
ÇL qatarının sonuncu vaqonuna isə “Nitsa” sıçradı. Düzdü, “Monako”dan yalnız 1 xal geri qalan “qartallar” mübarizəyə təsnifat mərhələsindən başlayacaq. Vəziyyətin daha aydın olması üçün onu da xatırladaq ki, “Nitsa” “Lill”i yalnız əlavə göstəricilərə görə qabaqladı. “Qartallar” mövsümün müəyyən bölümündə hətta 2-ci yerə də əsas namizəd sayılırdı. Sadəcə, 25-29-cu turlar aralığında təsadüf edən 5 qələbəsiz oyun “Nitsa”nı mükafatçı yerlərdən uzaq saldı.
Əslində avrokubların istənilən birində iştirak komandalar üçün böyük uğur və tərəqqi sayılır. Ancaq Liqa 1-də ÇL-ə düşənlərdən başqa, demək olar ki, hər kəs məyusdu. Ona görə ki, qitənin əsas klub turnirinə vəsiqə çox yaxında idi. Xüsusən də əlavə göstəricilər (qolların nisbəti) baxımından “Nitsa”dan geri qalan, AL-də oynayacaq “Lill” alışıb-yanır. “Lill”in mövsümün gedişində hansısa böhran yaşadığını demək olmaz. “Şimallı itlər” mövsümün ilk yarısında hətta 14 oyunluq məğlubiyyətsiz seriyaya malik idi. Ancaq problem budu ki, həmin seriyada çoxlu heç-heçə qeydə alınmışdı. İndi klubda çatışmayan 1 xala görə yananlar çoxdu.
“Lion” isə mövsüm boyunca inzibati və maliyyə problemləri fonunda silkələndi. “Şirlər” müəyyən anlarda ÇL-ə vəsiqəyə də yaxın idi. Onlar elə həmin “Nitsa”dan yalnız 3 xal geri qaldı. Əslində hər şey “Lion”un öz əlində idi. Amma bu komanda son 5 turun üçündə uduzmaqla işləri korladı. Problemlər mövzusuna dönsək, yeni sahib Con Tekstor klubun imicinə zərbə vurur. O, Pyer Sajı gözlənilmədən baş məşqçi postundan istefaya göndərdiyinə görə də azarkeşlərin qəzəbinə tuş gəldi. Tekstor Sajın postunu imici birmənalı olmayan Paulo Fonsekaya tapşırdı. Sonradan portuqaliyalı mütəxəssis də hakimə hücuma görə uzunmüddətli diskvalifikasiya aldı.
Ancaq mövsümün sonluğunu ən böyük məyusluğu “Strasbur”la bağlıdı. Sona üç tur qalmış hətta ÇL-ə vəsiqəyə iddialı olan komandanın 12 oyunluq məğlubiyyətsiz seriyası var idi. Görünür, son anda məhz təcrübə çatmadı. “Strasbur” 33-cü turda xala ehtiyacı olmayan “Anje”yə, 34-cü turda isə aşkar autsayder “Havr”a uduzdu. Beləliklə, ÇL-ə vəsiqənin astanasında olan komanda sonda KL-ə vəsiqə ilə kifayətləndi.
Fransada çox tez-tez əsas autsayder erkən müəyyənləşir və sona qədər də “yerindən tərpənmir”. Son mövsümdə də belə oldu. Söhbət “Monpelye”dən gedir. Baxmayaraq ki, mövsüm başlamamış heç nə faciədən xəbər vermirdi. Ancaq uğursuz məşqçi dəyişiklikləri, kollektivdəki pis mənəvi ab-hava uğursuzluğu şərtləndirdi. Nəticə isə o oldu ki, “Monpelye” 15 oyunluq qələbəsiz və 11 oyunluq məğlubiyyət seriyası yaxaladı. Bundan sonra elitada qalacağına ümid etməyə dəyməzdi.
17-ci yer isə tez-tez “əl dəyişdi”. Ancaq elitanın debütantı olan “Sent-Etyen” bu mövqedə daha çox dayandı. Fransanın onqat çempionu sonda elitada yerini qoruya bilmədi. Bəxtsizliyə, yaşadığı drama görə “Strasbur”la müqayisə oluna biləcək əsas komanda isə “Reyms”di. Bir ara hətta avrokuboklara vəsiqəyə boylanan “Reyms” son turlarda hədsiz zəif təsir bağışlamaqla (son 4 oyunda 1 xal) yanaşı, “Havr”, “Anje” və ya “Nant” kimi autsayderlərin yüksəlişini də izləməli oldu. Amma bu da son deyildi. Pley-offda, adətən, elita təmsilçisi qələbə qazanır və burdakı yerini qoruyur. Liqa 2-də 3-cü yer tutan “Mets”lə qarşılaşan “Reyms”dən azarkeşləri məhz bu qəhrəmanlığı gözləyirdi. Həm də ölkə kubokunun finalına qədər irəliləyən “Reyms”in “Mets”kə dueldə favorit sayılması təbii idi. Pley-off səfərdən heç-heçə (1:1) ilə dönən “Reyms” üçün yaxşı başladı. Elita təmsilçisi evdə keçirdiyi cavab oyununda hesabı açsa da, “Mets” bərabərlik qolunu vurmağa bacardı. Əlavə vaxtda Liqa 2 təmsilçisi daha iki dəfə fərqlənməklə azarkeşlərini sevincə qərq etdi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:203
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 07 Avqust 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Temu dan ucuz paraşüt alıb test etdi (Video)

25 İyun 2026 21:43see280

Azərbaycan Gürcüstan sərhədi ilə bağlı daha bir ŞAD XƏBƏR

25 İyun 2026 21:50see223

Azərbaycanda dəhşət: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı

25 İyun 2026 20:44see217

Yaponiya İsveçə qarşı

26 İyun 2026 02:36see183

Rütte Ankarada Trampı NATO nun əhəmiyyətinə inandırmaq istəyir

26 İyun 2026 01:25see183

Niyə Ermənistanda 25, Gürcüstanda 30, bizdə isə 17%?

25 İyun 2026 20:50see180

Zaqar dəri xərçənginin yaranma ehtimalını artırır

26 İyun 2026 02:41see178

Qondarma erməni soyqırımını tanımaq üçün qətnamə hazırladı

26 İyun 2026 07:42see176

Dekolonizasiya coğrafiya tanımır

26 İyun 2026 02:47see172

“Optimal Electronika”nın böyük məbləğdə vergi borcu yığılıb

26 İyun 2026 22:42see168

Diabet riski yüksək olan QAN QRUPU açıqlandı

27 İyun 2026 04:52see166

Ronaldodan Oçoaya “Səndən cavan görünürəm”

25 İyun 2026 20:44see163

İspaniya Uruqvaya qarşı Yenilənir

27 İyun 2026 02:43see156

24 illik həsrət sona çatdı Türkiyənin DÇ dəki ilk qolu

26 İyun 2026 06:23see153

Venesueladakı zəlzələlərin intervalı alimləri heyrətə gətirdi

26 İyun 2026 00:52see152

DÇ 2026: İspaniya və Kabo Verde yığmaları pley offda

27 İyun 2026 08:04see151

Leysan olacaq, dolu düşəcək XƏBƏRDARLIQ

27 İyun 2026 09:42see151

Şahin Bağırov: Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir

25 İyun 2026 21:49see150

Mbappe DÇ 2022 nın yarımfinalından bəri ilk dəfə mundial matçında qol vurmayıb

27 İyun 2026 07:15see150

DÇ 2026: Niderland qrup lideri oldu, pley offda rəqib Mərakeşdir

26 İyun 2026 05:33see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri