Icma.az
close
up
RU
Cənab İlham Əliyevin növbəti möhtəşəm Qələbəsi ABŞ da tarixin şanlı səhifələrinə qızıl hərflərlə yazıldı

Cənab İlham Əliyevin növbəti möhtəşəm Qələbəsi ABŞ da tarixin şanlı səhifələrinə qızıl hərflərlə yazıldı

Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


"Ulu Öndərimiz Heydər Əliyevin siyasi məktəbini uğurla bitirmiş, dahi Öndərin tərbiyə və ideyalarından bəhrələnən, Onun bənzərsiz ideyalarının işığı altında Azərbaycanı bütün dünyada tanıdıb, ən yüksək zirvələrdə qərarlaşdıran Tarixi Sərkərdəmiz-Cənab İlham Əliyev bu gün nəinki ölkəmizdə, ümumilikdə regionumuzda sülhü, sabitliyi və təhlükəsizliyi təmin edərək, xalqımızın xoşbəxt gələcəyinə imza atmışdır. Suveren və qüdrətli Azərbaycan bu gün dünyada böyük nüfuz və söz sahibidir.
Hər imzasında tarix yazan Möhtərəm Prezidentimizin cənab İlham Əliyevin bütün sözləri imzası qədər dəyərlidir!
Həm müharibə meydanında, həm diplomatiyada, həm informasiya cəbhəsində, həm də xarici siyasətində ideal mövqe sərgiləyən möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev bütün dünyada sülhün carçısı olduğunu və bənzərsiz Liderlik keyfiyyətlərini əyani şəkildə sübuta yetirdi".
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı İlham Məmmədov Vaşinqton görüşünü şərh edərkən səsləndirib. Millət vəkili bildirib ki, 8 avqust tarixində Azərbaycan və ABŞ -ın imzaladığı memorandum ölkələrimiz arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqındadır:
"Bu isə əlbəttə ki, ilk növbədə hər iki ölkənin hərtərəfli əlaqələrini gücləndirəcəkdir. Bununla yanaşı Amerika Birləşmiş Ştatlarının Prezidenti cənab Donald Tramp Ağ Evin rəmzi açarını Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təqdim edib.Bu isə bir Liderə olan böyük hörmətin və diqqətin göstəricisidir. Eyni zamanda baş vermiş hadisələr fonunda-Möhtərəm Prezidentimiz cənab İlham Əliyev “907-ci düzəliş”in ləğvinə görə Amerika lideri Donald Trampa minnətdarlığını bildirib: “Uzun illər əvvəl Azərbaycana tətbiq edilən “907-ci düzəliş”in bu gün ləğv edilməsinə görə sizə təşəkkür edirəm. Bu gün həqiqətən Azərbaycan xalqının yaddaşına həkk olunacaq”.
Deputatın sözlırinə görə, həqiqətən də çox böyük və mühüm tarixi hadisədir ki, cari ilin 8 avqust tarixində Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistan Baş naziri Nikol Paşinyan üçtərəfli sənəd imzalayıb:
"Bu Tarixi Bəyannamədir. Möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, "Tramp sülh yolu" bir çox ölkə üçün böyük imkanlar açacaq. Biz həqiqətən də yeni tarixi səhifəyə imza atırıq. Bu gün biz Cənubi Qafqazda sülhü bərqərar edirik. Nikol Paşinyanla birgə Nobel komitəsində Donald Trampla bağlı müraciət edək”.
İlham Məmmədov deyib ki, regional və qlobal səviyyədə sülhün, sabitliyin təmin olunmasına böyük töhfə verən, öz humanist, səmimi və ədalətli diplomatiyası ilə əsl liderlik keyfiyyətlərini bütün dünyaya nümayiş etdirən, Azərbaycan xalqının və dövlətinin milli maraqlarını hər şeydən üstün tutan bir tarixi şəxsiyətin- Müzəffər Sərkərdə, Qalib və güclü Prezidentin-cənab İlham Əliyevin növbəti möhtəşəm Qələbəsi məhz dünyanın ən böyük və aparıcı dövlətlərindən olan-Amerika Birləşmiş Ştatlarında tarixin şanlı səhifələrinə qızıl hərflərlə yazıldı:
"8 avqust 2025-ci il tarixdə cənab Prezident Amerika Birləşmiş Ştatlarında Vətən müharibəsində şanlı Qələbəyə imza atdığı kimi, regional sülh naminə də növbəti uğurlu imzasını ataraq, ümumilikdə beynəlxalq normalara böyük töhfəsini verdi.
Əminliklə qeyd edə bilərik ki, Ölkə Prezidenti cənab İlham Əliyevin Amerika kimi böyük və güclü bir dövlətə səfəri çərçivəsində keçirdiyi ikitərəfli və üçtərəfli görüşlər birmənalı şəkildə dövlətimizin və xalqımızın maraqları naminə olmuş, nəticədə növbəti tarixi uğur əldə edilmişdir.Üçtərəfli sənədin detallarına baxsaq, bu əlbəttə ki, hər bir azərbaycanlı üçün qürurverici hadisə olacaqdır! “Sülh müqaviləsi paraflanıb, ATƏT-in Minsk Qrupunun ləğvi barədə birgə müraciət edilib, Naxçıvana maneəsiz gediş-gəliş təmin edilir.”
Möhtərəm Prezidentimiz növbəti tarixi Qələbəyə imza atmaqla eyni zamanda bütün dünyaya regionun qüdrətli dövlətini-Azərbaycanı və regionun güclü Liderini-cənab İlham Əliyevi layiqincə təqdim etdi!"
İlham Məmmədov, "Bir sözlə, qürurla söyləyə bilərik ki, tarixi ədalət bərpa olundu və Ölkə Prezidenti, Müzəffər Tarixi Sərkərdəmiz cənab İlham Əliyev Cənubi Qafqazda davamlı sülhü və sabitliyi təmin etdi. Azərbaycan xalqı öz Lideri, müdrik Prezidenti ilə daim fəxr edir! Eşq olsun Müzəffər Ali Baş Komandanımıza!",-deyə vurğulayıb.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 09 Avqust 2025 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see155

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see143

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see137

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see127

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri