Icma.az
close
up
RU
Cenk Sümer effekti Yeni model Neftçi

Cenk Sümer effekti Yeni model Neftçi

Apasport portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Mövsümə bir sıra transferlərlə başlayan "Neftçi" ötən günlərdə də kamerunlu ulduz Vensan Abubakarı heyətinə qatdı. Uzun çəkən danışıqlardan sonra mümkünsüz görünən keçid nəhayət ki, həllini tapdı. Ölkə futbolumuz adına çox önəmli iş idi. Nəzərə alaq ki, indiyə qədər Azərbaycanda bu tip ulduz futbolçunu bir əlin barmaq sayını keçməyəcək qədər görmüşük. Tutaq ki, Essien, Honda, Beqoviç, Emil Mpenza 4 barmaq edirsə, Abubakar da oldu baş barmaq.

Təbii ki, burda məsələ sadəcə ulduz futbolçu transferi, ondan meydançada alınacaq göstəricilər deyil. Klubu dünyaya tanıtmaq, hədəf kütləsini genişləndirmək, reklam və sponsorluq bazarında daha da diqqətçəkən hala gətirmək, öndə gələn dünyəvi şirkətlərlə potensial əməkdaşlıq etməyə göz qırpmaq baxımından da bu kimi şeylər çox önəmlidir.

Bu baxımdan mənim diqqətimi çəkən əsas məsələ 2024-cü ilin iyun ayından etibarən "Neftçi"də baş icraçı direktor vəzifəsində çalışan Cenk Sümerin “performans”ıdır. Qəbul edək ki, sahəsindən asılı olmayaraq ölkəmizə işləməyə gələn əcnəbi vətəndaşlara xalq olaraq heç vaxt birmənalı yanaşmamışıq. Mühəndisi, ustası, idarəçisi, pilotu, həkimi... Həmişə düşünmüşük ki, xaricilər bura işləməyə yox, “yeməyə” gəlirlər. Belə düşünməyə onların gördüyü, daha doğrusu görmədiyi işlər bizə əsas verib. Cenk bəy isə son 1 ildə gördüyü işlərlə onun türkcəsiylə desək, bütün bu “önyargımı” aradan qaldırmağı bacarıb.

Adamın gəldiyi gündən klubda “vizyon”u böyütmə cəhdi diqqətimdədir. Ölkə bazarından dünya və Avropa bazarına çıxması, əksəriyyəti müsbət nəticələnən uzunmüddətli sponsorluq anlaşmaları, “Beşiktaş” təcrübələrini və əlaqələrini işə salaraq, bunları "Neftçi"nin lehinə istifadə etməsi bir azərbaycanlı kimi məni çox məmnun etdi, edir.

Maraq üçün, Sümer posta gələndən sonra baş tutan əməkdaşlıqlardan 1-2-sini xatırladım. Ən vacibi yəqin ki, “International Holding Company”yə məxsus olan “Palms Sports”la imzalanan müqavilə oldu. Nə az, nə çox, imzalanan 5 illik müqavilənin "Neftçi"yə xeyri klubun illik büdcəsinin 30 faizini təşkil edir. Ardınca Türkiyənin məşhur elektron ticarət infrastrukturu brendi “İkas”la əməkdaşlıq müqaviləsi bağlandı. Ötən günlərdə isə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə yerləşən müstəqil sərvət fondu və investisiya holdinq şirkəti olan ADQ ilə 3 illik sponsorluq müqaviləsi imzalandı. 

Sonda isə Abubakar Azərbaycana – "Neftçi"yə gəldi. Necə gəldi, nətər gəldi, sirr deyil. Elə həmin Abubakarı vaxtilə Beşiktaşda işləyərkən ikinci dəfə geri qayıtmağa razı salan da Cenk Sümer idi. Burda da ortaya adını qoydu, kamerunlunu "Neftçi"yə gəlməyə razı saldı. İndi isə Türkiyə mətbuatında daha bir dünya ulduzu Hakim Ziyeşin adı Bakı klubuyla hallanır. Dediyim “vizyon” məsələsi də tam olaraq elə budur. Təbii ki, Ziyeş gəlməyə də bilər, hətta məncə, gəlməyəcək. Amma klubun gəldiyi bu nöqtədə Ziyeş transferi üçün heç kim “mümkünsüzdür” deyə bilmir.

Son olaraq, ölkəmizə yeyib yatmağa gələn əcnəbi mütəxəssislərə, idmançılara, mühəndislərə, ustalara, bütün peşə sahiblərinə azca vicdanlı olmağı arzu edirəm. Bilsinlər ki, pis və ya yaxşı - heç kim unudulmur. Yaxşılar, işini vicdanla görənlər, ən azından bunun üçün çalışanlar Cenk Sümer kimi bax, bu cür təqdir olunur. Ölkəmizə bankomat gözüylə baxanlar isə qazandıqları pulları ən azından qulaqları qızarmadan yeyə bilməyəcəklər. Santuşlar kimi...

Ukrayna klubunun Zamiq Əliyev planı yenə alınmadı Misli Premyer Liqasında cari mövsümün məhsuldarlıq rekordu qeydə alınıb “Sumqayıt” Premyer Liqada 75-ci ev qələbəsini qazanıb “Kəpəz”dən inamlı qələbə Samir Abasov: "Abubakarın gəlişi bizə çox yaxşı təsir göstərəcək"
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:251
embedMənbə:https://apasport.az
archiveBu xəbər 20 Oktyabr 2025 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1194

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see469

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see367

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see366

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see366

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see359

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see317

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see294

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see263

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see237

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see208

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see207

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see203

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see203

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see199

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see194

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see189

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see180

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see179

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri