Cenk Sümer: “Neftçi Futbol Mərkəzin”nin inşasını tamamlamaq istəyirik”
Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.
“Neftçi”nin təməlinin başa çatdırılması yönündə addımlar atılacaq”.
Apasport.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş icraçı direktoru Cenk Sümer "Palms Sports" şirkəti ilə əməkdaşlıq müqaviləsi imzaladıqları tədbirdə deyib.
“Neftçi” üçün önəmli gündür. “Palms Sports”la 5 illik müqavilə imzalayırıq. Bu tərəfdaşlıq sayəsində formamızda, bazamızda, stadionumuzda “Palms Sports”un adının yer almasından başqa, beynəlxalq arenada klubun inkişaf etməsinə xidmət edəcək.
“Neftçi” olaraq ötən yaydan yeni strategiyaya başlamışıq. Maddi dayanıqlılıq üzərində çalışırıq. “Palms Sports”la müqavilədən əldə olunan gəlirin də xeyri olacaq. “Neftçi Futbol Mərkəzin”nin inşasını tamamlamaq istəyirik. Bu işə ötən ay başladıq və birinci mərtəbini hazır etdik. 2-ci və 3-cü mərtəbələrin də inşasını tamamlayaraq, bütün klubun burada olmasını təmin etmək istəyirik”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 07 Fevral 2025 15:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















