Icma.az
close
up
RU
“Neftçi” ilə müqaviləni yeniləmək istəmədi” Cenk Sümer

“Neftçi” ilə müqaviləni yeniləmək istəmədi” Cenk Sümer

Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.

“Neftçi” ilə müqaviləni yeniləmək istəmədi” - Cenk Sümer

“Neftçi”nin baş icraçı direktoru Cenk Sümerin QOL.az saytına müsahibəsi

- Misli Premyer Liqasının 25-ci turunda “Neftçi” “İmişli”ni darmadağın etdi (6:0). Böyük hesablı qələbəni necə şərh edərdiniz?

- Gözəl oyun oldu. Komanda meydanda istədiklərimizi göstərə bildi. Mövsümün əvvəlindən görmək istədiklərimiz məhz bunlar idi. Səviyyə fərqi özünü göstərdi. Qara qış keçirdik, önümüzdə artıq bayramdır. Bahar gəlir. Oyunumuz yaxşılaşır. Daha da yaxşı olacaq. Bütün bunlar klub rəhbərliyi olaraq bizi sevindirir. Daim məşqçilər korpusumuzun, futbolçularımızın arxasındayıq. Hədəfimiz Avropadır. Qitə kuboklarına qatılmaq istəyirik. Ümid edirik ki, layiqli şəkildə, bu formanın haqqını verərək istəyimizə çatacağıq. 

- Demək olar ki, “Neftçi” bu qələbə ilə “İmişli”dən ilk iki dövrədəki xal itkilərinin əvəzini çıxdı?

- Bunadək “İmişli” ilə oyunlarda 5 xal itirmişdik. Əslində rəqib heç də pis komanda deyil. Xüsusən orta və müdafiə xəttində yaxşı oynayır. Mövsüm ərzində digər komandalara da çətinlik yaradıblar. Məşqçilər korpusumuz rəqibi analiz edərək komandanı oyuna hazırladılar. Üstəlik, heyətdə ciddi itkilərimiz var idi. Sambu, Abubakar zədəli idi. Sako hələ tam bərpa olunmayıb. Buna baxmayaraq, əla çıxış etdik. Xüsusən Varqas, Bruno, Emin Səfərov əla oynadı. Meydanda arzuladığımız Emin Səfərovu gördük. Bu, bizim üçün də, milli komanda üçün də yaxşıdır. Səfərov da Mahmudov kimi milliyə dəvət alıb. Lakin bunlarla kifayətlənməyəcəyik, daha da artıracağıq. İstəyimizdən biri də yerli oyunçularımızın parlamasıdır. "Neftçi” daim gənclərə dəstək olur.

- Mövsümün sonunda bəzi futbolçuların müqavilə müddəti başa çatır. Məsələn, Sambu, Varqas. Artıq indidən onlarla danışıqlara başlanılıb, yoxsa çempionatın bitməsini gözləyirsiniz?

- Hazırda mövsümü neçənci yerdə bitirəcəyimiz önəmlidir. Avrokuboklara getsək, ona uyğun heyətimizi qorumalıyıq. Ümumiyyətlə, məqsədimiz heyəti dəyişmək deyil. Əksinə, hazırkı futbolçuları qorumaqla daha da güclənmək istəyirik. Qışda sadəcə bir oyunçu gətirdik. Onu da çətinliklə. Çox transfer edib heyəti şişirtmək əvəzinə komandaya güc qatacaq futbolçularla anlaşmaq istəyirik. 

- Murad Məmmədovun Kiprin “Pafos” klubuna keçidi nə dərəcə realdır? Bu məsələdə son durum necədir?

- “Pafos” Muradla ciddi şəkildə maraqlanr. O da əvvəldən hədəfinin xaricdə oynamaq olduğunu deyib. Murad bizim övladımızdır, akademiyamızın yetirməsidir. Biz də onun seçiminə, qərarına hörmətlə yanaşırıq, dəstəkləyirik. Keçid baş tutarsa, buna yalnız sevinərik.

- Muradın “İmişli” ilə maçtda meydana çıxmaması transfer məsələsi ilə bağlı idi?

- Xeyr, əlaqəsi yoxdur. Əvvəlki matçlarda forma geyinib. Bilirsiniz ki, Yuri Vernidub gələndən sonra Murad daha çox oynamaq şansı qazanıb. Onun uğur qazanması bizim üçün önəmlidir. Transferi reallaşarsa, daim diqqətimizdə olacaq. 

- Muradın “Neftçi” ilə müqaviləsi mövsümün sonunda bitir. Bəzən bu cür hallarda gənc futbolçular klublarına daha çox pul qazandırmaq üçün sözləşməni uzadırlar ki, qarşı tərəf kompensasiya ödəsin. Məmmədovla bağlı belə bir plan var?

- Ötən mövsüm müqavilənin yenilənməsi barədə söhbətimiz olmuşdu. Lakin Murad istəmədi. Onun bu qərarını anlayışla qarşılayırıq. Çünki Avropada azad agent statusunda olan futbolçuya daha çox maraq göstərirlər. Belədə transfer şansı daha da artır. Amma istənilən halda biz bu keçiddən Muradı yetişdirdiyimiz üçün pul alacağıq. Özü də bu, heç də kiçik rəqəm deyil. Önəmli olan Muradın Azərbaycanı və “Neftçi”ni Avropada layiqli şəkildə təmsil etməsidir. Bu, digər gənclər üçün də ümid olacaq. Görəcəklər ki, “Neftçi”yə 10-12 yaşında qatılan bir yeniyetmə zəhməti sayəsində bir neçə ildən sonra Avropaya yollandı. 

- Yuri Vernidubu yeni mövsümdə də “Neftçi”də görəcəyik?

- Vernidub bizim baş məşqçimizdir. Ondan razıyıq. Hər hansı sıxıntı yoxdur. O da bizdən razıdır. Daim müsahibələrində bu barədə deyir. Vernidub bizə dəyər verir, biz də onun zəngin təcrübəsindən yararlanmağa çalışırıq. 

- Şər deməsən, xeyir gəlməz. “Neftçi” Avropaya yollanmasa belə, ukraynalı mütəxəssis komandada qalacaq?

- Vernidub hazırda bizim gələcək planlarımıza daxildir. Bilirsiniz ki, o, komandaya mövsümün ortasında qoşulub. Lakin gəlişi ilə “Neftçi”yə ruh, enerji verdi. İndi daha keyfiyyəti komanda görürük. 

- Hər şey qaydasında gedərsə, “Neftçi” avrokuboklara vəsiqə qazanarsa, yayda Abubakar səviyyəsində ulduz transferi mümkündür?

- “Neftçi” üçün hər şey mümkündür. Həm də Abubakar bura şans əsəri olaraq gəlməyib, istəyərək gəlib. Yayda da baş məşqçimizin istədiyi mövqeyə uyğun futbolçuları heyətimizə qatmağa çalışacağıq. Büdcədən lazımi şəkildə istifadə edəcəyik. Onsuz da “Neftçi”dəki futbolçuların hər biri ulduzdur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://qol.az
archiveBu xəbər 21 Mart 2026 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri