Icma.az
close
up
RU
Cenk Sümer: Hər kəs üçün ədalətli olmaq lazımdır, tək bizə qarşı yox

Cenk Sümer: Hər kəs üçün ədalətli olmaq lazımdır, tək bizə qarşı yox

sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Neftçi"nin baş icraçı direktoru Cenk Sümerin Sport24.az saytına müsahibəsi
- "Şamaxı" ilə görüşün son saniyələrində "Neftçi" qələbəni əldən verdi. 2:2-lik bərabərliyi necə şərh edərdiniz?
- Hər iki komanda əlindən gələni etdi. Bəzən olmur, son dəqiqə qolu ilə qələbə qazanacağını düşünündüyün anda, xal itirirsən. Görünür ki, inkişaf dönəmindəyik. Müəyyən çatışmazlıqlar olsa da, yolumuza davam edirik. "Şamaxı" səfəri heç kim üçün asan keçmir. Ümumilikdə komandamızın göstərdiyi performansdan məmnunam. İnşallah, mövsümün sonunda hədəflərimizə çatacağıq.

- Sonda "Neftçi"nin qapısına təyin edilən penalti barədə fikirləriniz necədir?

- Matçın sonunda yaşananlar adamı üzür. Son saniyədə verilən penalti mübahisəyə açıqdır. Üzücü tərəfi budur. Önümüzdəki matçlara baxacağıq.

- "Şamaxı"nın birinci qolundan öncə ofsayd olduğu kadrlardan aşkar görünür, dediyiniz kimi, penalti də mübahisəyə açıqdır. Sizcə, nəyə görə bütün bu mübahisəli epizodlar "Neftçi"yə qarşı olur?
- Hər kəs üçün ədalətli olmaq lazımdır, tək bizə qarşı yox. Hakimlər adil olmalıdırlar. Federasiya bunun üçün ciddi yatırımlar edir. Hakimlər də öyrənirlər, dərs alırlar. Onlar da qış fasiləsində ölkə xaricində hazırlıq keçdilər. Buna görə də biz hakimlərdən yaxşı siqnallar gözləyirdik. Amma təəssüf... "Şamaxı"nın ilk qolu zamanı ofsayd olduğu dəqiqdir. Bunu yan xətt hakimi görə bilmədi. İkinci qol epizodunda isə hücumun əvvəlində foul var idi. Desəm ki, hakim duman olduğu üçün görə bilmədi, yalan olar, çünki epizod düz gözünün qarşısında idi. Qapımıza təyin edilən penaltiyə gəldikdə isə, bizim oyunçumuz havaya qalxdı, rəqiblə mübarizə zamanı topa müdaxilə etdi, burada dirsəyin hərəkəti avtomatik idi. Dünyanın heç bir yerində bu epizodu kobudluq olaraq qiymətləndirməzlər. Amma burada qiymətləndirildi. Baş hakim epizodu gördü və lehimizə cərimə zərbəsi təyin etdi. VAR isə epizodla bağlı fərqli düşüncə irəli sürdü, orada foul olduğunu düşündülər. Bu qərar doğru deyil. Təbii ki, bunlar bizi üzür. Özü də yüksəlişdə olduğumuz bir dönəmdə. Amma bunlar bizi dayandıra bilməz. Qarşıdakı matçları qalib başa vurmağa davam edəcəyik. Biz özümüz-özümüzlə hesablaşırıq. Rəqib ayırd etməyəcəyik. Sonuna qədər avrokuboklara vəsiqə üçün mübarizə aparacağıq. Ümidvaram ki, hər şey yaxşı alınar. Bu, sadəcə bizim oyunlarımız üçün deyil, Azərbaycan futbolu üçün önəmlidir. Hakim hakimliyini tam olaraq edəcək ki, adil olacaq ki, futbol oynanılsın. Nəticələr onsuz da Avropada görünəcək.

- Yeni transfer Breno Almeyda "Şamaxı" ilə matçda "Neftçi"nin heyətində debüt etdi. Onunun çıxışından razı qaldınız?
- İlk matçı idi. Qısa müddətdir bizimlədir. Ona görə də bir qədər adaptasiya dövrü keçməlidir. Üstəlik, qış toplanışını da bizimlə keçməyib. Məncə, yaxşı olacaq, səviyyəsi bəllidir. Baş məşqçimizin də inandığı futbolçudur. Bir neçə oyundan sonra faydası birlikdə görəcəyik.

- Vensan Abubakar ikinci hissədə meydana daxil oldu və 2 qol vurdu. Onun peformansını necə dəyərləndirirsiniz?
- Abubakarı elə bunun üçün transfer etmişik. Qolun əvvəlində də yanımdakılara dedim ki, belə matçlarda Abubakar qolunu vurar. Cümləmi bitirdim və dərhal qol oldu. Abubakar peşəkardır, işini yerinə yetirir. Sadəcə "Neftçi" üçün yox, Azərbaycan üçün bir şansdır. Bu cür xarici ulduzların Azərbaycana gəlməsi asan deyil. Onların da burada layiqli şəkildə işini görməsi məni klub idarəçisi, futbol azarkeşi olaraq şad edir. İnşallah, davamı da gələcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:157
embedMənbə:https://sport24.az
archiveBu xəbər 01 Mart 2026 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see314

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see309

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see293

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see289

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see287

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see286

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see281

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see275

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see272

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see264

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see252

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see247

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see243

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see240

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see234

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see229

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see229

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see228

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see216

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri