Icma.az
close
up
RU
Cənnəti bu dünyada yaşayan qadın!

Cənnəti bu dünyada yaşayan qadın!

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xalq Kəmalə Ağazadəyə elə sözlər dedi ki, hər kəs onun yerində olmaq istədi


Kiçik mələklərin gözləri sevinclə doldu, Nabranda xoşbəxt anlar yaşandı


Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzi bu yay Nabran Meşə Ərazisi adlanan yerdə uşaqların istirahətini təşkil edib. Təkcə istirahət deməyək. İstirahət həm də əyləncə, tədris-təlim, öyrənmə, birgəlik, dostluq, yardımlaşma əhatə olunub. Həmçinin, uşaqlardan birinin – Ömürün kiçik toy mərasimi də keçirilib. Bu haqda sığınacağın rəhbəri Kəmalə Ağazadə sosial media hesaabında geniş paylaşım edib. Gül balalarının fotolarını, mərasim zamanı çəkilən şəkillər uşaqların necə sevindiyini, fərəhləndiyinin əyani görüntüsüdür. Qeyd edək ki, K.Ağazadənin bu xeyirxah missiyası izləyicilər tərəfindən çox bəyənilir. Rəy yazanlar  uşaqlara belə bir sevinc, xoşbəxtlik yaşatdığı üçün Kəmalə Ağazadəyə dua edir, kiçik mələklərə sahib çıxan bu qayğıkeş insanı cənnət mələyi adlandırırlar. Fotolardakı səmimi ortamı, uşaqların xoşbəxt simalarını görüb, “Şərq” də bu xeyirxah əməli işıqlandırmağı qərara aldı.         

Vəfa Rzayeva: 

- Allah gözəl günlər nəsib etsin inşallah, Kəmalə xanım. Siz bu balalara Allahın bir qoruyucu mələyisiz, göndərilmisiz. 

Gülşən Sadıxova: 

- Mübarək olsun, Kəmalə xanım. Çox mübarək. Gün o gün olsun,  Ömür üçün gəlin gətirəsiniz. O gözəl mələklərin hər biri çox gözəl tale yaşasın. Var olun. Tanrım hamınızı qorusun. Sizi bir də ona görə sevirəm ki, tərbiyə üsulunuz hərtərəflidir. Bu uşaqların hamısı olar-olmazı dərk edirlər. Deyərdim ki, bu cəmiyyətə məhz Sizin kimi analar və nənələr lazımdır. Mütləq!

Aygün Nəbiyeva: 

- Kəmalə xanım,  mən sizi çox sevirəm və həyatda sizə can sağlığı və heç kimə möhtac olmamağı diləyirəm. 

Günay İbrahimova Quliyeva: 

- Allah qorusun. Allah sizə də cansağlığı versin. Ömürün böyük toyunu da görəsiniz.

Şəhla Abdullayeva: 

- Təbriklər. Maşallah. Allah-təala Sizdən dönə-dönə razı olsun, Kəmalə xanım. Kəmalə xanım, siz möhtəşəmsiz. Siz o uşaqların mələyisiz. Sizi hamı sevir, hamı izləyir. Siz böyük bir məktəbsiniz, örnəksiniz. Enerjiniz, sevginiz heç vaxt tükənməsin. O uşaqların hamısının həyat stimulusunuz. Həmişə sağlam olun. Dualarımız, sevgilərimiz sizinlədir. Və əlbəttə ki, sizin əvəzsiz, möhtəşəm komandanıza eşq olsun. Zəhmətləri çoxdu, hər bir uşağın üstündə. Hamınızı Allah qorusun. 

Elmira Məmmədova: 

- Təbriklər. Allah mübarək eləsin, o gün olsun, böyük toyunu görəsiniz, inşallah. Cənnəti bu dünyada yaşayan qadın! Xeyir işiniz mübarək!!!

Ömər Nəcəfov: 

- Allah mübarək eləsin. Ömür balamız böyük kişi olsun. Kəmalə xanıma da Allah sağlam can versin ki, o başladığı missiyanı axıradək davam eləsin, o sevgisini, qayğısını hər zaman balalarımıza verə bilsin. Bəlkə də, ailədə belə sevgini, qayğını görə bilməyən uşaqlar orada Kəmalə xanımın yanında olmaq istərlər. Hər zaman belə olun, Kəmalə xanım. Biz sizi belə sevirik. Təşəkkür edirəm sizə.

Onu da qeyd edək ki, "Azərbaycan Uşaqları" İctimai Birliyinin nəzdində fəaliyyət göstərən 18 yaşadək əlilliyi müəyyən edilmiş şəxslər - Ağcabədi Sosial Reabilitasiya Mərkəzinin uşaqları üçün Qax rayonunun İlisu kəndində "yay düşərgəsi" keçirilib. 4 gün müddətində davam edən yay düşərgəsində ümumilikdə 45 nəfər iştirak edib. Bu müddət ərzində həssas qrupdan olan uşaqlar üçün əyləncə, hovuz istirahəti və müxtəlif oyunlar təşkil edilib. Qeyd edək ki, “Azərbaycan Uşaqları” İctimai Birliyinin Ağcabədi rayonunda 18 yaşadək əlilliyi müəyyən edilmiş şəxslər üçün Sosial Reabilitasiya Mərkəzi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin maliyyə dəstəyi ilə fəaliyyət göstərir. Yay düşərgəsi "Azərbaycan Uşaqları" İctimai Birliyinin, "Ümid Yolu" Xeyriyyə İctimai Birliyinin və xeyriyyəçi dostlarımızın maliyyə dəstəyi ilə baş tutub.

Xatırladaq ki, Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzi uşaq və yeniyetmələrin hüquqlarının müdafiəsi məqsədilə 1992-ci ildə yaradılmış “Azərbaycan Uşaqları” İctimai Birliyinin nəzdində 2007-ci ildən fəaliyyət göstərir.  24 saat fasiləsiz fəaliyyət göstərən Mərkəzdə insan alverinin, məişət zorakılığının qurbanı olan və ya potensial qurban olan baxımsız uşaqların effektiv reabilitasiyası və sosial reinteqrasiyası həyata keçirilir. Mərkəzdə çətin şəraitdə yaşama səbəbindən zorakılığın bütün növlərinə məruz qalan, kimsəsiz, baxımsız və s. bu qəbildən olan uşaqlara sosial, tibbi, psixoloji, hüquqi yardımın göstərilməsi, peşə bacarıqlarının inkişaf etdirilməsi, onların sığınacaqla, təhsillə, paltarla, qida ilə, asudə vaxtının təşkili ilə bağlı zəruri xidmət paketi ilə təmin edilmələri həyata keçirilir. Hər il Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzində 250-300 nəfər uşaq və yeniyetmə reabilitasiya keçir. Reabilitasiya müddəti 3-6 ay, məhkəmə proseslərindən asılı olaraq 1 il müddətində davam edir. Reabilitasiya bitdikdə ailələrinə bərpa və ya dövlət müəssisələrinə yerləşdirmə həyata keçirilir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Azərbaycan Uşaqları” İctimai Birliyinin yeni binası 22 mart 2025-ci il tarixində istifadəyə verilib. Yeni binada həssas qrupdan olan, məişət zorakılığı qurbanları və kimsəsiz, baxımsız uşaqların effektiv reabilitasiyası və sosial reinteqrasiyasının həyata keçirilməsi, onlara sosial, tibbi, psixoloji, hüquqi, təhsil, peşə bacarıqlarının inkişafı xidmətlərinin göstərilməsi üçün lazımi şərait yaradılıb. Xidmət göstəriləcək benefisiarların sağlamlığı və rahatlığı üçün binada müasir standartlara uyğun 60 çarpayılıq yataq otaqları, mətbəx, yeməkxana, çamaşırxana, soyuducu və qida saxlama otaqları, asudə vaxtın təşkili və istirahət otaqları, izolyasiya, tibb, psixoloq otaqları, dərs, musiqi, şahmat, art terapiya bölmələri, kitabxana, təlim/seminar otağı, foto və video studiya, akt zalı və sərgi sahəsi mövcuddur. Həmçinin, həyətyanı sahədə abadlıq işləri aparılaraq ərazi yaşıllaşdırılıb və müxtəlif növ ağaclar əkilib, uşaqlar üçün istirahət guşəsi yaradılıb. Burada Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzində daimi yaşayan uşaqlarla bərabər gün ərzində təşkilata müraciət edən həssas ailələrdən olan uşaq və yeniyetmələr üçün də müxtəlif xidmətlər təqdim olunaraq, onların peşə və yaradıcılıq imkanları inkişaf etdirilir.

Hazırda “Azərbaycan Uşaqları” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzində ümumilikdə 41 uşaq məskunlaşaraq reabilitasiya keçir. Bunlardan 22 nəfəri azyaşlı-(2-14 yaşadək) digər 19 nəfəri isə yeniyetmədir (14-18 yaşadək). Kiçik toyu keçirilən azyaşlı oğlan uşağı isə 2022-ci il tarixində  həyatı təhlükə altında dayə üzərinə atılıb. Baxımsız vəziyyətdə qalan uşaq ARB TV-də yayımlanan "Səni axtarıram" proqramından Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin əməkdaşlarının iştirakı ilə “Azərbaycan Uşaqları” İctimai Birliyinə yerləşdirilib. Azyaşlının toyu AUİB -nin Nabranda keçirilən "Kənd həyatı" yay düşərgəsində çadırda keçirilib. Toy AUİB-nin və bir neçə xeyriyyəçinin dəstəyi ilə keçirilib. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:180
embedMənbə:https://sherg.az
archiveBu xəbər 24 Avqust 2025 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1031

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see528

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see428

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see335

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see332

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see234

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see233

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see226

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see221

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see216

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see216

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see208

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see208

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see201

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see194

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see186

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see181

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see180

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see178

Milyonlarla manat dəyəri olan əmlaklar satışa çıxarıldı SİYAHI

10 Oktyabr 2026 15:33see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri