Cənub qonşumuz müharibə şəraitindədir, orada yaşayan soydaşlarımızın vəziyyəti bizi narahat edir
Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Politoloq Oqtay Qasımov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu savaş bizim tam yanımızda baş verməkdədir.
Oqtay Qasımov
“İranda bizim 10 milyonlarla soydaşımız yaşamaqdadır və onların problemləri həm də eyni zamanda bizim problemimizdir. Orada yaranacaq qaçqın kütləsindən müəyyən bir hissəsinin Azərbaycana keçmək cəhdləri müəyyən qədər gərginliyi artıra bilər. Sosial-iqtisadi vəziyyətə təsir edə bilər.
Digər tərəfdən, İrandakı bəzi qüvvələr Azərbaycanı gözdən salmaq üçün müəyyən kampaniyalar aparır. Hansısa bir məqamda hansısa ağlı başından getmiş hərbçinin və ya siyasinin göstərişi ilə Azərbaycan ərazilərinə raket zərbələri də vurula bilər. Yəni bunlar hamısı təhdidlərdir"-deyən politoloq qeyd edib ki, Azərbaycan bu baxımdan bu savaşın ən qısa müddətdə bitməsini və məsələnin danışıqlar masasında həll olunmasını istəyir.
İradə Cəlil, Bizimyol.info
Baxış sayı:198
Bu xəbər 20 İyun 2025 11:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















