Cənubi Koredəki təyyarə qəzasının ilkin nəticələri AÇIQLANDI
Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Cənubi Koredə 179 nəfərin həyatına son qoyan Jeju Air aviaşirkətinə məxsus təyyarə qəzasına dair ilkin hesabat açıqlanıb.
Bakıvaxtı.az bu barədə xarici mediaya istinadla xəbər verir ki, hesabatda təyyarənin hər iki mühərrikində miqrasiya edən Baykal ördəyi növünə aid DNA izlərinə rastlandığı qeyd edilib.
Qəzanın baş verdiyi Muan Beynəlxalq Hava Limanında təyyarənin eniş zolağının sonunda divara çırpıldığı, çarpışmadan sonra yanğın və qismən partlayış olduğu vurğulanıb.
Uçuşun məlumatlarını qeyd edən "qara qutuların" qəza anından əvvəl qeydi dayandırdığı bildirilib.
Hesabatda, beynəlxalq ekspertlərin də iştirakı ilə araşdırmaların davam etdiyi, qəzanın dəqiq səbəbinin müəyyənləşdirilməsi üçün daha ətraflı təhqiqat aparıldığı qeyd olunub.
Xatırladaq ki, 29 dekabrda baş verən qəzada 179 nəfər həyatını itirmiş, yalnız 2 kabin heyəti sağ qalmışdı.
Nuriyyə Musayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 27 Yanvar 2025 10:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















