Icma.az
close
up
RU
Cənubi Koreya ABŞ nin üçtərəfli hərbi təlim təklifindən imtina edib

Cənubi Koreya ABŞ nin üçtərəfli hərbi təlim təklifindən imtina edib

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Pekin, 23 fevral, AZƏRTAC

Cənubi Koreya Yaponiyanın mübahisəli Liankur adalarına ərazi iddiasına görə Amerika Birləşmiş Ştatlarının (ABŞ) üçtərəfli hərbi təlim təklifindən imtina edib.

AZƏRTAC Koreya mediasına istinadla xəbər verir ki, ABŞ üç ölkənin hərbçilərinin fevralda birgə hərbi təlimlərin keçirilməsinə dair təklifini yanvarda tərəflərə təqdim edib. Amma Yaponiyanın Liankur adalarına ərazi iddiasını simvolizə edən "Takeşima günü"nü fevralın 22-nə təyin etməsinə cavab olaraq Koreyanın Müdafiə Nazirliyi üçtərəfli təlimin daha əvvəl keçirilməsini, əlavə olaraq ABŞ ilə birgə hərbi hava təlimlərinin təşkilini təklif edib. Birləşmiş Ştatlar Seulun təklifinə razı olmayıb, hətta hərbi hava təlimini təkbaşına keçirmək planı barədə Cənubi Koreyanı məlumatlandırıb. ABŞ bundan başqa, ötən həftə Yaponiya sahilləri və Şərqi Çin dənizi üzərində Yaponiya ilə birgə hava təlimi keçirib.

Cənubi Koreyanın Müdafiə Nazirliyi ABŞ və Yaponiya arasında birgə təlimlərin Cənubi Koreya, ABŞ və Yaponiya arasında keçirilən üçtərəfli təlimlərlə əlaqəsi olmadığını bildirib. Bununla belə, qurum 3 ölkənin sıx koordinasiya əsasında sabit şəkildə üçtərəfli təhlükəsizlik əməkdaşlığını davam etdirəcəyini deyib.

"Cənubi Koreya-ABŞ ittifaqına, habelə Cənubi Koreya, ABŞ və Yaponiya arasında təhlükəsizlik əməkdaşlığına möhkəm və davamlı sadiqliyimizi bir daha təsdiqləyirik", - deyə Müdafiə Nazirliyinin sözçüsü Çunq Binna bildirib. O, ABŞ ilə keçiriləcək “Azadlıq qalxanı” təliminin marta planlaşdırıldığını, digər birgə təlimlərin ilboyu cədvəl üzrə təşkil olunacağını söyləyib.

Qeyd edək ki, Liankur adaları (Koreya Dokdo, Yaponiya Takeşima adlandırır) Yapon dənizinin qərbində Koreya yarımadası ilə Yaponiya arasında yerləşir. Adalar qrupu İkinci Dünya müharibəsindən sonra Cənubi Koreyanın nəzarətində olsa da, Yaponiyanın suverenlik iddiaları iki qonşu arasında uzun müddətdir gərginliyin daimi mənbəyidir. Şimali Koreyanın da Dokdo adalarına iddiası var.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Fevral 2026 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see330

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see329

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see324

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see321

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see305

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see299

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see297

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see293

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see280

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see278

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see271

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see252

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see251

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see249

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see235

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see227

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see227

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see223

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see218

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri