Cənubi Koreya kəşfiyyatı RusiyaUkrayna müharibəsində ölən Şimali Koreya əsgərlərinin sayını açıqlayıb
Report.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ukraynadakı hərbi əməliyyatlarda iştirak etmək üçün Rusiyaya göndərilmiş Şimali Koreya əsgərlərindən azı 100-ü ölüb, 1 000-i yaralanıb.
“Report” “Yonhap”a istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti (MKX) açıqlayıb.
Parlamentin Kəşfiyyat Komitəsinin qapalı brifinqində MKX nümayəndəsi bildirib ki, Rusiya hərbçiləri Şimali Koreya qüvvələrinin pilotsuz uçuş aparatları ilə cavab vermək imkanlarının olmadığından və əsasən ön xətdə hücum dəstələri kimi səfərbər edildiyindən şikayətlənirlər.
MKX-nin məlumatına görə, Kursk vilayətində yerləşdirilmiş təxminən 11 000 Şimali Koreya əsgərinin bir hissəsi yanvar və fevral aylarında real döyüş əməliyyatlarında iştirak etmək üçün səfərbər edilməyə başlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 19 Dekabr 2024 09:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















