Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Həyatı düşünməkdən onu dəyişməyə... Rəvan Cavid yazır

Həyatı düşünməkdən onu dəyişməyə... Rəvan Cavid yazır

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rəvan CAVİD

İnsan həyat haqqında düşündükcə fəlsəfə yaranır. Amma hər düşüncə eyni yerə aparmır. Bəziləri insanı ağlın sərhədləri içində saxlayır, bəziləri tarixin axınına bağlayır, bəziləri isə insanı birbaşa gündəlik həyatın, əməyin və mübarizənin içinə atır. İmmanuel Kantdan Hegelə, oradan da Karl Marksa uzanan fəlsəfi xətt bu baxımdan sadəcə fikir tarixinin yox, həyatın necə başa düşülməsinin tarixidir. Bu xəttin sonunda duran Marks üçün fəlsəfə artıq yalnız "düşünmək" deyil, həyata müdaxilə etmək deməkdir.

Kant deyirdi: "Həyat ağlın sərhədləri içindədir". O, insan ağlını ciddi şəkildə analiz edən ilk filosoflardan idi. Kantın fikrincə, biz dünyanı olduğu kimi deyil, onu necə qavraya biləcəyiksə, elə də tanıyırıq. Zaman, məkan, səbəb-nəticə kimi anlayışlar dünyanın öz xüsusiyyətləri yox, insan şüurunun onu anlama formalarıdır. Bu baxımdan Kant üçün gerçəkliklə aramızda həmişə bir "şüur pərdəsi" var.

Bu fikir gündəlik həyatda sadə bir nümunə ilə anlaşıla bilər: eyni hadisə iki insana tamamilə fərqli görünə bilər. Biri bir iqtisadi böhranı "tənbəl insanların problemi" kimi görür, digəri isə "sistemin ədalətsizliyi" kimi. Kant deyərdi ki, bu fərq dünyadan yox, onu qavrama tərzimizdən irəli gəlir.

Amma Kant burada dayanıb deyir ki, biz bu sərhədləri aşaraq "həyatın son həqiqəti"nə çata bilmərik. Allah, azadlıq, ruh kimi anlayışlar bilik yox, inanc və əxlaq sahəsinə aiddir. "İnsan necə yaşamalıdır" sualının cavabı Kant üçün daxili əxlaq qanunundadır. Marks üçün isə bu yanaşma kifayət deyil. Çünki real həyatda insanları əxlaqdan çox şərait formalaşdırır.

Hegel Kantın çəkdiyi sərhədləri qəbul etmədi. Ona görə ağıl yalnız məhdudlaşdırılmış bir çərçivə deyil, gerçəkliyin özüdür. Dünya sabit deyil, daim dəyişir və bu dəyişmə ziddiyyətlər vasitəsilə baş verir. Tarix - təsadüflər silsiləsi yox, mənalı bir inkişaf prosesidir.

Hegel üçün azadlıq da birdən-birə verilmiş bir şey deyil. O, tarix boyunca tədricən formalaşır. Məsələn, quldarlıq dövründə azadlıq yalnız bir neçə nəfərə aid idi, feodalizmdə bir az genişləndi, müasir dövrdə isə hüquqlar vasitəsilə daha çox insana yayıldı.

Bu baxış ilk başda çox optimist və cəlbedicidir. Ancaq problem buradadır ki, Hegel bütün bu prosesi ideyaların inkişafı kimi izah edir. Tarix sanki insanların real əzabları, aclığı, ağır zəhməti hesabına yox, "Ruhun özünü dərk etməsi" üçün baş verir. Məhz bu nöqtədə Marks səhnəyə çıxır.

Karl Marks üçün əsas suallar belə idi: İnsan necə yaşayır? Harada işləyir? Nə qədər qazanır? Kimə tabe olur? Günün neçə saatını başqası üçün işləyir?

Marks Kantın insan ağlını tarixdən və cəmiyyətdən kənar qoymasını tənqid edirdi. İnsan ağlı dəyişməz deyil. İnsan necə düşünürsə, bu onun hansı cəmiyyətdə yaşaması ilə birbaşa bağlıdır. Məsələn, varlı bir sahibkarla minimum maaş alan bir işçi "azadlıq" anlayışını eyni cür başa düşə bilməz.

Kant üçün azadlıq daxili bir məsələ idi: insan öz borcunu anlayaraq hərəkət edirsə, azaddır. Marks isə deyirdi: gündə 10-12 saat işləyən, sabah işdən çıxarılmaq qorxusu ilə yaşayan bir insan nə qədər "daxili azad" ola bilər?

Bu, sadəcə nəzəri sual deyil. Bu gün minlərlə insan işini itirməmək üçün susur, haqsızlığa göz yumur, öz fikrini ifadə edə bilmir. Marks üçün azadlıq ilk növbədə maddi asılılığın olmaması deməkdir.

İdeyalar həyatı yox, həyat ideyaları formalaşdırır. Marks Hegelin dialektikasını olduğu kimi saxladı, amma onu "ayaqları üstünə qoydu". Tarixi ideyaların yox, istehsal münasibətlərinin hərəkəti kimi izah etdi. İnsanlar əvvəlcə yeməli, geyinməli, yaşamalıdır; fəlsəfə, əxlaq, din bundan sonra gəlir.

Məsələn, bir cəmiyyətdə işsizlik geniş yayılıbsa, insanlar fərdi uğursuzluqdan, "tənbəllikdən" danışmağa başlayır. Amma Marks deyərdi ki, bu düşüncə forması iqtisadi sistemin nəticəsidir. Problem fərdlərdə yox, quruluşdadır.

Bu gün sosial şəbəkələrdə tez-tez belə fikirlər görürük: "İstəyən hər kəs uğur qazana bilər". Marks bu fikri ideologiya adlandırardı. Çünki bu fikir real bərabərsizliyi gizlədir və məsuliyyəti sistemdən alıb fərdin üzərinə yükləyir. Onun düsturu belədir: Əmək, yadlaşma və gündəlik həyat.

Marksın ən güclü anlayışlarından biri yadlaşmadır. Müasir insan çox vaxt özünü gördüyü işlə əlaqəli hiss etmir. O, sadəcə maaş üçün işləyir. Nəticədə insan öz əməyinə, öz potensialına, hətta özünə yadlaşır. Bir zavod işçisi gün ərzində eyni hərəkəti yüzlərlə dəfə təkrarlayır, amma istehsal etdiyi məhsul ona aid deyil. Bir ofis işçisi mənasız hesabatlar hazırlayır, amma bunun kimə nə verdiyini bilmir. Marks üçün bu, sadəcə psixoloji problem yox, iqtisadi sistemin nəticəsidir.

Kant burada əxlaqdan danışardı, Hegel tarixi zərurətdən, Marks isə konkret olaraq deyir ki, istehsal münasibətləri dəyişmədən insanın həyatı dəyişməz. Əslində, bu da fəlsəfənin məqsədini dəyişir.

Marks fəlsəfəni masa arxasından küçəyə çıxardı. Onun məşhur fikri təsadüfi deyil: "Filosoflar dünyanı yalnız müxtəlif cür şərh ediblər; əsas məsələ onu dəyişməkdir".

Bu fikir bu gün də aktualdır. Ətraf mühitin məhv edilməsi, sosial qeyri-bərabərlik, işsizlik - bunlar təkcə "yanlış düşüncələrin" yox, iqtisadi və siyasi sistemlərin nəticəsidir. Bu problemləri yalnız düzgün düşünməklə yox, kollektiv fəaliyyətlə həll etmək olar.

Bəs bu üç filosofdan sonra "Həyat harada başlayır?" sualına konkret cavab verə bilirik mi? Deyəsən, hələ də yox!

Kant həyatın mənasını ağlın sərhədlərində axtarırdı. Hegel onu tarixin mənasında tapırdı. Marks isə dedi ki, həyat buradan, yəni insanların real yaşadığı yerdən başlayır: işdə, küçədə, evdə, mübarizədə. Bu gün həyat haqqında düşünərkən Marksın bizə verdiyi ən vacib dərs budur: insanı anlamaq üçün əvvəlcə onun necə yaşadığına baxmaq lazımdır. Əks halda fəlsəfə həyat haqqında yox, həyatdan uzaq bir söhbətə çevrilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://525.az
archiveBu xəbər 09 Yanvar 2026 18:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see591

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see530

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see399

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see311

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see273

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see267

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see264

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see261

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see252

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see244

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see236

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see221

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see212

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see209

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see207

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see202

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

02 Noyabr 2026 01:38see198

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see193

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

02 Noyabr 2026 02:49see192

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri