Cənubi Koreya paytaxtına hərbi texnika yeridilib Polislə müxalifət arasında toqquşma olub AzPolitika onlayn siyasiictimai qəzet
Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.
Cənubi Koreyada fövqəladə vəziyyət elan olunduqdan sonra paytaxt Seulun küçələrinə hərbi texnika yeridilib, helikopterlər isə səmada patrul fəaliyyətinə başlayıb.
APA-nın “Yonhap” Agentliyinə istinadən məlumatına görə, bunu ordu generalı Pak An Su bildirib.
Onun sözlərinə görə, artıq parlamentin binası qarşısına toplaşan müxalifət tərəfdarları ilə polis arasında toqquşmalar qeydə alınıb.
Bu arada, ölkənin müxalifətdəki Demokratik Partiyasının lideri Li Cje Mön hərbi vəziyyət rejiminin tətbiqini konstitusiyaya zidd addım adlandıraraq, əhalini parlament binasının önündə toplaşmağa çağırıb.
Qeyd edək ki, ölkənin Konstitusiyasına əsasən qanunverici orqan səs çoxluğu ilə hərbi vəziyyətin ləğvi barədə qərar qəbul etsə, dövlət başçısı onun icrasını təmin etməlidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 03 Dekabr 2024 19:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















