Cənubi Koreyada təyyarə qəzasında ölənlərin 4 nün də meyiti tapılıb YENİLƏNİB 1
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Cənubi Koreyanın cənub-şərqində yerləşən Pohang şəhərində hərbi təyyarənin dağa çırpılaraq qəzaya uğraması nəticəsində göyərtədə olan dörd nəfərin hamısı ölüb.
APA xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Həlak olanların dördünün də cəsədinin aşkarlandığı bildirilib. Onların şəxsiyyətinin müəyyənləşdirilməsi aparılır.
***
11:27
Cənubi Koreyanın cənub-şərqində yerləşən Pohang şəhərində hərbi təyyarənin qəzaya uğraması nəticəsində ən azı 3 nəfər həlak olub.
APA xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Təyyarədə dörd nəfərin olduğu qeyd edilib.
***
09:29
Cənubi Koreyanın cənub-şərqində yerləşən Pohang şəhərində Dəniz Qüvvələrinə məxsus patrul təyyarəsi dağa çırpılıb.
APA “Yonhap” agentliyinə istinadən xəbər verir ki, Dəniz Qüvvələri təyyarədə 4 nəfərin olduğunu bildirib.
"Pohang hərbi hava bazasından saat 13:43-də təlim üçün havaya qalxan P-3 tipli dəniz patrul təyyarəsi hələlik naməlum səbəbdən yaxınlıqda qəzaya uğrayıb," deyə bildirilib.
Hazırda qəzaya dair əlavə təfərrüatlar, o cümlədən itkilər barədə araşdırma aparılır. Yanğınsöndürmə briqadaları hadisə yerinə cəlb olunub və yanğının söndürülməsi istiqamətində işlər görülür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 29 May 2025 14:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















