Icma.az
close
up
RU
Cənubi Koreyanın keçmiş müdafiə naziri həbsxanada intihara cəhd edib

Cənubi Koreyanın keçmiş müdafiə naziri həbsxanada intihara cəhd edib

Seulda təcridxanada olan Cənubi Koreyanın keçmiş müdafiə naziri Kim Yonq-hyun intihara cəhd edib.

Yonhap agentliyinin verdiyi məlumata görə , onun vəziyyəti hazırda narahatlıq doğurmur.

"[həyatına] uğursuz cəhddən sonra Kim qoruyucu kamerada saxlanılır və onun səhhəti stabil olaraq qalır", - islah mərkəzinin rəhbəri Şin Yanq Hae parlament dinləmələri zamanı deyib.

Qeyd olunur ki, hadisə ötən gün saat 23:52 radələrində baş verib. Kim Yong Hyun tualetdə intihara cəhd edərkən növbətçi təcridxana zabiti tərəfindən aşkarlanıb. Şin Yonq Hae əlavə edib ki, islah məmurları vəziyyətə tez müdaxilə edərək, qapını açıb və faciənin qarşısını alıblar.

Mövsüm

Aznews.az

seeBaxış sayı:41
embedMənbə:https://www.aznews.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri