Icma.az
close
up
RU
Cənubi Qafqazda geosiyasi axarlar dəyişir Bunu edən 3 ölkənin müttəfiqliyidir

Cənubi Qafqazda geosiyasi axarlar dəyişir Bunu edən 3 ölkənin müttəfiqliyidir

Sfera.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Laçında birgə bəyanatlar verib. Bəyanatlar yalnız öz ölkələrinin regional və qlobal problemlərə dair mövqelərini bölüşməkdən ibarət olmayıb, həm də üçtərəfli bir siyasətin qətiyyətli elanını təşkil edir. Bu ittifaq, dünya nizamında zərərli təsirlər yaradan hökmranlıqlara qarşı tutarlı və prinsipial bir mövqenin təcəssümüdür.


Sfera.az xəbər verir ki, bu haqda Aqşin Kərimov açıqlama verib.

O bildirib ki, Azərbaycan-Türkiyə-Pakistan ittifaqının yüksəlməsi, regiondakı süni geosiyasi axarları dəyişdirmək və qlobal idarəetmə institutlarının hegemonluğunu neytrallaşdırmaq üçün müdafiə strategiyasını vurğulayır:

"Yəni Bakı-Ankara-İslamabad üçbucağı təkcə bir bölgənin, yəni Cənubi Qafqazın deyil, ümumilikdə Avrasiya geosiyasətində əsas rolları qeyd edən bir platformaya çevrilir. Bu, həm də gələcəkdəki təhdidlərə qarşı Azərbaycanın işğaldan azad edilmiş əraziləri, o cümlədən Şərqi Zəngəzur bölgəsi üzrə Azərbaycanın, Türkiyənin və Pakistanın hərbi səylərinin koordinasiyasına işarə edir. Əgər bu bölgələrdə hər hansı bir təhdid yaranarsa, Bakı-Ankara-İslamabad müttəfiqliyinin hərbi komponentləri döyüş əməliyyatlarında öz performansını göstərəcək”.


Politoloq dedi ki, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Laçına ölkəsinin hava qüvvələrinin təyyarəsi ilə gəlişi, bu əməkdaşlığın hərbi sahədəki dərinliyini və real təhlükə qarşısında birgə mübarizə hazırlığını göstərir:

"Regiondakı əməkdaşlıq modellərində iştirak etmək istəyən güclər, Azərbaycan-Türkiyə-Pakistan strateji kitabından səhifələr götürmək məcburiyyətindədir. Üstəlik, hər üç ölkənin Çinlə yüksələn əlaqələri, yeni qlobal nizamın yaranması fonunda çeviklik və preventiv tədbirləri gücləndirən mexanizm yaradır”.


Ekspertin sözlərinə görə, Bakı-Türkiyə-İslamabad əməkdaşlığı, regionda ambisiyaları məhdudlaşdıran və qlobal geosiyasi rəqabəti balanslaşdıran əhəmiyyətə malikdir. Bu ittifaqın gələcəkdə daha geniş regional və beynəlxalq inteqrasiya üçün zəmin yarada biləcəyini vurğulayan Kərimov əməkdaşlığın digər dövlətlər tərəfindən maraqla izlənəcəyini bildirib.


“Azərbaycan-Türkiyə-Pakistan müttəfiqliyi Avrasiya geosiyasətini formalaşdıran Böyük Britaniya və Çinin diqqət mərkəzinə düşərək, yeni əməkdaşlıqlar üçün formulları stimullaşdıracaq” , – deyə Aqşin Kərimov əlavə edib.


Bəsti Rəfizadə
Sfera.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://sfera.az
archiveBu xəbər 29 May 2025 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see250

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see195

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see140

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see137

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see135

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see135

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see131

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see131

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see130

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri