Icma.az
close
up
RU
Cənubi Qafqazda lider ölkə: Azərbaycan geostrateji lider kimi vacib addımlar atır

Cənubi Qafqazda lider ölkə: Azərbaycan geostrateji lider kimi vacib addımlar atır

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

6.3.6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi;

1990-cı illərin əvvəllərindən, Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra Azərbaycanın dünya birliyinə inteqrasiyası, beynəlxalq təşkilatlarla münasibətlərin daha da genişləndirilməsi istiqamətində yürüdülən siyasət bu gün də davam etdirilir.

Bakıvaxtı.az xəbər verir ki, həyata keçirilən qlobal miqyaslı tədbirlər Azərbaycanın dövlətlərarası əlaqələrini gücləndirməklə bərabər, həm də ölkəmizin dünya miqyasında nüfuzunun daha da artırılmasını, Cənubi Qafqazda lider dövlətə çevrilməsini şərtləndirib.

Xüsusilə də İkinci Qarabağ Müharibəsindən sonra regionda geostrateji lider kimi Azərbaycan dövləti vacib addımlar atır. İkitərəfli əlaqələrin inkişafına önəm verən Azərbaycan, ilk növbədə, qonşu dövlətlər olan Türkiyə, Rusiya və Gürcüstan ilə qarşılıqlı faydalı və hərtərəfli əməkdaşlığını genişləndirməkdədir.

Ölkəmiz, həmçinin Avropa İttifaqı, NATO kimi təşkilatlarla siyasi, iqtisadi və təhlükəsizlik kimi sahələrdə sıx əməkdaşlıq edir. Azərbaycan Cənubi Qafqazda yaranan yeni reallıqlar kontekstində beynəlxalq təşkilatlarla fəal iş səviyyəsinin həcmini genişləndirməyə davam etsə də, Cənubi Qafqazda sülh və əmin-amanlığın bərqərar olmasına mane olan qüvvələr də var. Bunlardan biri də qonşumuz Ermənistandır. 

Tahir Rzayev: Bu gün dünya yeni nizama doğru gedir və yeni reallıqlar yaranıb

Mövzu ilə bağlı deputat Tahir Rzayev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, erməni işğalı nəticəsində Azərbaycan torpaqlarının 30 ildən çox düşmən tapdağı altında qalması iqtisadiyyatımız və insanların mənəviyyatı ilə yanaşı, eləcə də Cənubi Qafqaz regionunda iqtisadi və nəqliyyat marşrutlarının istifadəsi baxımından imkanları xeyli dərəcədə məhdudlaşdırıb. Həmçinin regionda sülhün və əmin-amanlığın təhlükəsizliyinin təminatına ciddi maneələr törədib:

"Lakin ölkəmizin rəhbərinin dediyi kimi, dağıntılara və Azərbaycan xalqının əzab-əziyyətlərinə baxmayaraq, insanlarımız azadlıq mübarizəsindən çəkinmədi. Azərbaycan xalqı özündə qüdrət taparaq düşmənə qarşı qətiyyətli mübarizə apararaq öz torpaqlarını azğın düşməndən azad etdi".

Müharibədən sonrakı dövrdə Azərbaycanın Cənubi Qafqaz regionunda mövcud olan çətinliklərin aradan qaldırılması üçün bütün imkanlarını səfərbər etdiyini deyən millət vəkili nəzərə çatdırıb ki, ölkəmiz Gürcüstanla qarşılıqlı əməkdaşlıq əlaqələri qurmaqla, enerji, nəqliyyat, siyasi dialoq və digər sahələrdə səmərəli tədbirlərə nail olub:

"Bu gün nəqliyyat sistemi sahəsində çox böyük işlər görülür. Qaz xətti, dəmir yolu, enerji təhlükəsizliyi və digər tədbirlərin keçirilməsi hər iki ölkənin inkişafına hesablanmaqla yanaşı, həm də Cənubi Qafqazda insanların rahat və sərbəst yaşamasına hesablanıb".

Deputatın fikrincə, Ermənistanın bu tədbirlərdən kənarda qalması təəssüf doğurur. Bu, müəyyən çətinliklərin yaranmasına səbəb olur. Şərqi Zəngəzur Dəhlizinin açılmasına göstərilən maneələr,sülh müqaviləsinin bağlanmasının uzadılması, Ermənistanın təxribatçı hərəkətləri və öz havadarlarına arxayın olaraq, yenidən müharibəyə başlamaq cəhdləri Cənubi Qafqazı müəyyən problemlərlə üz-üzə qoyur.

"Prezident İlham Əliyev dəfələrlə bildirib ki, biz Cənubi Qafqazda sülhün, əmin-amanlığın və təhlükəsizliyin təmin edilməsi üçün səylərimizi ortaya qoymalı və regionda yerləşən respublikalar bu sahə üzrə üzərlərinə düşən vəzifələri yerinə yetirməlidirlər. Ancaq Ermənistan öz siyasətində nəzərdə tutulan vəzifələrin əksini həyata keçirir. Bir çox təcavüzkar ölkələrin, Qərb və Fransa kimi işğalçı dövlətlərin diqtəsinə arxalanaraq, Cənubi Qafqazda sabitliyin pozulması yolunu tutub. Bu, Ermənistan dövlətinin müstəqil siyasət yürütməməsindən, idarəetmənin həddindən artıq zəif olmasından, ölkədə hakimiyyət uğrunda gedən mübarizədən və ilk növbədə, Ermənistan baş naziri Nikol Paşinyanın səriştəsizliyindən irəli gəlir. Çünki Ermənistan tarixən başqa dövlətlərin himayəsində olub, sərbəst siyasət yürütmək qabiliyyətinə malik olmayıb. Dövlətçilik tarixi olmayan bir dövlətin bugünkü fəaliyyəti bir daha göstərir ki, Ermənistan heç də Cənubi Qafqazda sabitliyin və inkişafın tərəfdarı deyil" - deputat əlavə edib.

Müsahibimiz onu da qeyd edib ki, bu gün dünya yeni nizama doğru gedir və yeni reallıqlar yaranıb. Dünyada baş verən hadisələr və dəyişikliklər təcavüzkar siyasətdən əl çəkməyi tələb edir. Bu baxımdan Ermənistan ciddi düşünməli və Paşinyan vəziyyətdən çıxış yolu taparaq, Cənubi Qafqazda inkişafın təminatı üçün səylərlərini ortaya qoymalıdır. Bu, ilk növbədə, Azərbaycan və Gürcüstandan çox iqtisadi və siyasi böhran vəziyyətində olan Ermənistan xalqı üçün çox vacibdir.

Zeynal Əmrəliyev: Azərbaycan çox mühüm əhəmiyyətə malik bir ölkədir

Politoloq Zeynal Əmrəliyev isə öz növbəsində Bakıvaxtı.az-a açıqlamasında vurğulayıb ki, Azərbaycan hazırda dünya birliyində öz mövqeyini kifayət qədər gücləndirib.

Onun sözlərinə görə, ölkəmizin müharibə dövründən əvvəlki, müharibə dövründəki və savaşdan sonrakı siyasətini ayrı-ayrılıqda xarakterizə etmək olar:

"Müharibədən əvvəlki dövrdə Azərbaycan çalışır ki, öz həqiqətlərini dünya ictimaiyyətinə çatdırsın və Qarabağ münaqişəsi sülh yolu ilə həll olunsun. Xarici siyasətdəki əsas prioritet məhz bu idi. Azərbaycan torpaqlarının işğal altında olması qlobal güc olmaqda yolundakı əsas maneələrdən biri idi. Lakin 2020-ci ildə ölkəmiz öz torpaqlarını işğaldan azad etdikdən sonra və 2023-cü ilin sentyabrında antiterror əməliyyatı ilə suverenliyimiz tam bərpa olunandan sonra Azərbaycanın xarici siyasətində yeni mərhələnin başlanğıcı qoyuldu. Bu günə qədər davam edən həmin siyasət Azərbaycanın regional güc olmaq istiqamətində atdığı addımların bir göstəricisidir. Ötən gün ADA Universitetində "Yeni dünya nizamına doğru" mövzusunda keçirilən forumda ölkə başçısının çıxışı da məhz bu istiqamət üzrə yönəlmişdi. Dövlət başçısı öz çıxışında Azərbaycanın xarici siyasətindəki prioritet istiqamətlərlə bağlı çox mühüm tezislər verdi". 

Z. Əmrəliyev hesab edir ki, Azərbaycan mineral ehtiyatlarının zənginliyinə və eyni zamanda tranzit yolların üzərində yerləşdiyi üçün çox mühüm əhəmiyyətə malik bir ölkədir. Buna görə də ölkəmizin regiondakı rolu danılmazdır. Azərbaycan artıq Şərqlə Qərbi birləşdirən əsas körpü rolunu oynayır. Eyni zamanda İslam dünyasında İsraillə möhkəm əlaqələrə malik olan bir ölkədir. Ölkəmiz həmçinin İslam həmrəyliyinə sadiqdir. Bundan başqa, türk dünyasının aparıcı açar rolundadır. Məhz bu amillər ölkəmizin xarici siyasətdə və beynəlxalq əlaqələrdə aktiv rola malik olduğunu göstərir.

Gülşən Şərif

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə hazırlanıb

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 10 Aprel 2025 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see257

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see236

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see148

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see146

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see139

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri