“Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması istiqamətində atılan addımları dəstəkləyirik”
Missiya.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Biz təkcə Cənubi Qafqazda baş verən prosesləri izləmirik, həm də regionda sülh və sabitliyin bərqərar olması istiqamətində atılan addımları ürəkdən dəstəkləyirik”.
Missiya.Az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə toplantısında çıxış edən zaman deyib.
O bildirib ki, biz avqustun 8-də Azərbaycan və Ermənistan arasında imzalanmış birgə bəyannaməni bu baxımdan müsbət addım hesab edirik və ümid edirik ki, bu addım davam edəcək.
“Biz həmçinin mart ayında Özbəkistan, Qırğızıstan və Tacikistan arasında sərhəd qovşağının demarkasiyası ilə bağlı imzalanmış sazişi alqışlayırıq. Uzun illər müzakirə mövzusu olan bu məsələni sağlam düşüncə və müdrikliklə həll etdikləri üçün cənab Mirziyoyev və cənab Cəfərovu təbrik edirəm. Tacikistan rəhbərliyinə də təbriklərimi çatdırıram”, - deyə Ərdoğan vurğulayıb.
Daşqın Həsənov
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 07 Oktyabr 2025 14:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















