Icma.az
close
up
RU
Cənubi Qafqazda yeni müharibə riski: savaşa hazırlıq görülür

Cənubi Qafqazda yeni müharibə riski: savaşa hazırlıq görülür

Icma.az, Ayna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Səxavət Məmməd: “Ermənistanı silahlandıran qüvvələr prosesin arxasında sonadək dayanacaqlarsa, gərginlik qaçılmaz olacaq”

Hindistan Ermənistana "Akaş" (Akash) zenit-raket komplekslərinin ilk batareyasını göndərmək üzrədir. Bu barədə məlumatı "Nyu İndian Ekspress" nəşri komplekslərin istehsalıçısı olan "Bharat Electronics Limited" şirkətinə istinadla verib. Şirkətin “X” şəbəkəsindəki səhifəsindəki xəbərdə deyilir ki, "Bharat Electronics Limited" bu gün Hindistanın müdafiə ixracatında mühüm bir addım atıb: “Şirkətin müdafiə istehsalı üzrə katibi Sanjiv Kumar, dost olan xarici ölkəyə ixrac üçün ilk "Akaş"  batareyasının təhvil veriləcəyini bildirdi".

Nəşr xatırladır ki, 2022-ci ildə Ermənistan Hindistandan dəyəri 60 milyard rupiyə yaxın (710 milyon dollar) olan 15 ədəd "Akaş" raket sisteminin alınması ilə bağlı müqavilə imzalayıb və bununla da Hindistandan həmin raket sistemini alan ilk xarici ölkə olub.

Qeyd edək ki, "Akaş" kompleksi "yer-hava" sinfindən olan raketlərdən ibarətdir, qırıcıları, qanadlı raketləri, "hava-yer" tipli raketləri və digər hava silahlarını 25 kilometrədək məsafədən vura bilər.

"Akaş" silah kompleksinin hər bir batareyasında bir passiv 3D radar və 4 ədəd raketatan qurğu var. Qurğunun hər biri 3 raket ilə təchiz edilib.

Bundan əvvəl Hindistanda artilleriya sistemlərinin aparıcı istehsalçısı "Bharat Forge" bu yaxınlarda nümayiş etdirilən "MArG 155" təkərli özü yeriyən haubitsaların Ermənistana ixrac üçün nəzərdə tutulduğunu təsdiqləmişdi.

Ermənistanın intensiv silahlanması bölgədə gələcək eskalasiya riskini artırır. Ekspertlər hesab edirlər ki, Azərbaycanla sülh sazişinin imzalanmasında maraqlı olduğunu bəyan edən Ermənistanın silahlanması rəsmi İrəvanın sülhlə bağlı niyyətini şübhə altına alır.

Hərbi jurnalist Səxavət Məmməd mövzu ilə bağlı AYNA-ya deyib ki, Ermənistanın silahlanmasında maraqlı olan qüvvələr var:

- Cənubi Qafqazda maraqları olan və Ermənistana havadarlıq edən ölkələr və qüvvələr bu dövlətə maliyyə yardımlarını davam etdirməkdədirlər. Bu yardımları isə Ermənistan silahlanmaya sərf etməkdədir. Məsələn, ötən müddətdə Avropa İtttifaqı tərəfindən Ermənistana iqtisadiyyatının gücləndirilməsi adı altında maliyuyə yardımı ayrılmışdı. Məlum oldu ki, yardımın məbləği nə qədərdirsə, Ermənistan həmin məbləğ dəyərində silah alıb. Görünən odur ki, Ermənistanın havadarları və regionda marağı olan qüvvələr Ermənistan ordusunu ən azından 2020-ci ilin sentyabr ayındakı səviyyəsinə çatdırmaq istəyirlər. İstəyirlər ki, 44 günlük müharibədə darmadağın olan Ermənistan ordusu toparlansın, güclənsin və onların maraqlarını bölgədə təmin edə bilsin.

Onu da deyim ki, biz təkcə silahların alınmasına baxmamalıyıq. Ermənistan ordusunun gücləndirilməsi üçün silahlanma ilə yanaşı, başqa fəaliyyətlər də var. Məsələn, Ermənistan hərbçilərinin Almaniyada təlimlər keçməsi, müxtəlif kurslara cəlb edilməsi faktları var. Eyni zamanda, Yunanıstanla Ermənistan ordusu arasında ciddi əməkdaşlıq var. Bundan əlavə, ABŞ ordusu gəlib Ermənistanda erməni hərbçilərlə birgə təlimlər keçirlər. Bütün bunlar onu göstərir ki, Ermənistanın təkcə hava hücumundan müdafiəsini gücləndirmirlər, məsələyə kompleks yanaşırlar.

- Məqsəd nədir?

- Əlbəttə, dediyim kimi, məqsəd Ermənistandan öz maraqları naminə lazım gəldikdə istifadə etməkdir. 44 günlük müharibəni təhlil edirlər və Ermənistan ordusunun zəif yerlərini müəyyənləşdirirlər. Buna uyğun da təlimlər keçirilir, silahlar alınır. Məsələn, “Akaş” sistemindən əlavə, Hindistan istehsalı olan anti-dron sistemləri var ki, Ermənistan onun da alınması ilə bağlı danışıqlar aparır. İkinci Qarabağ müharibəsində Ermənistan ordusu ən çox PUA-ların hücumlarından əziyyət çəkdi. İndi hava hücumundan müdafiə sistemini gücləndirir ki, gələcəkdə bu problemi olmasın. Düşünmürəm ki, alınan silahlarla Ermənistan kifayətlənəcək. Ermənistanı silahlandıran qüvvələr prosesin arxasında sonadək dayanacaqlarsa, gərginlik qaçılmaz olacaq. Görünən odur ki, Ermənistan bir tərəfdən sülh bəyanatları versə də, digər tərəfdən yeni müharibəyə hazırlıq görür.

- Yəni yeni müharibə riski qalmaqdadır...

- Əlbəttə, qalmaqdadır. Ümumiyyətlə, bizim ragion elə bir regiondur ki, burada müharibə riski hər zaman öz aktuallığını qoruyur. Verilən mesajlar, atılan addımlar onu göstərir ki, eskalasiya hər an mümkündür. Faktiki olaraq, sülh sazişi imzalanmayıb, yaxınlarda imzalanması da gözlənilmir. Sülhün isə alternativi müharibədir. Düzü, inanmıram ki, genişmiqyaslı müharibə olsun. Çünki Ermənistan nə qədər silahlansa da, ordusu gücləndirilsə də, Azərbaycan Ordusuna gücü çatmayacaq. Bunu Ermənistan da, onun havadarları da yaxşı bilirlər. Amma şərti sərhəddə təxribatlar törədiləcəyi istisna deyil ki, bu da lokal toqquşma deməkdir. Sonra bu toqquşmadan Azərbaycana qarşı siyasi təzyiq aləti kimi istifadə edə bilərlər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:224
embedMənbə:https://ayna.az
archiveBu xəbər 15 Noyabr 2024 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri