Icma.az
close
up
RU
Cənubi Qafqazın yeni inkişaf mərhələsinin müəllifi Azərbaycan dövləti və Prezidentidir Mövqe

Cənubi Qafqazın yeni inkişaf mərhələsinin müəllifi Azərbaycan dövləti və Prezidentidir Mövqe

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

“Hazırda Cənubi Qafqaz regionu yeni inkişaf mərhələsindədir. Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması da bunu deməyə əsas verir. Yeni inkişaf mərhələsinin müəllifi isə Azərbaycan dövləti və Prezidentidir”. 

Bu fikirləri Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib. 

Deputat bildirib ki, beynəlxalq münasibətlər sistemində davam edən qeyri-müəyyənlik şəraitində Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət uğurlu siyasət ölkəmizə davamlı nailiyyətlər qazandırır. “Dövlətimiz başçısı "Əl-Ərəbiyyə" telekanalına müsahibəsində sülh prosesi, regional əməkdaşlıq imkanları və digər aktual məsələlər barədə geniş fikir bildirib. Prezidentimiz Ermənistanın 30 illik işğalçılıq siyasətinin nəticələri barədə məlumat verib və Azərbaycanın öz gücünə beynəlxalq miqyasda tanınmış ərazi bütövlüyünü bərpa etdiyini diqqətə çatdırıb. Avqustun 8-də Vaşinqtonda imzalanan sənədlər isə regionda sülh və əməkdaşlıq üçün böyük ümidlər yaradır. Cənab Prezident ümid edib ki, bundan sonra prosesə heç bir müdaxilə olmayacaq. "Lakin yenə də məndə yüz faiz zəmanət yoxdur, çünki Ermənistanın daxili siyasəti barədə tam məlumatlı deyiləm. Bilirik ki, gələn yay Ermənistanda parlament seçkiləri keçiriləcək. Həmçinin bilirik ki, onlar yeni konstitusiya layihəsi üzərində işləyirlər. Lakin güclü xarici müdaxilə olarsa, bəli, bu, razılaşmaları poza bilər. Amma bu, Ermənistanın özü üçün çox zərərli olar, çünki Vaşinqtonda sənədlərin kim tərəfindən imzalanmasından asılı olmayaraq, onlar Ermənistanın adından Ermənistan lideri tərəfindən imzalanıb"-deyə dövlət başçısı vurğulayıb. Yəni razılaşmanı pozmaq bütün dünyaya qarşı çıxmaq deməkdir. Bu da Ermənistanın özü üçün ciddi problem yarada bilər.  Çünki regiondakı güc balansı hər baxımdan tamamilə bizim xeyrimizədir. Prezidentimizin dediyi kimi, əgər Ermənistan bir daha bizim ərazi bütövlüyümüzü şübhə altına qoysa, biz də adekvat cavab verəcəyik”, - o qeyd edib. 

Millət vəkilinin sözlərinə görə, dövlətimizin başçısı müsahibədə Zəngəzur dəhlizindən də ətraflı bəhs edib. Nəzərə alaq ki, müharibə bitəndən sonra Zəngəzur dəhlizinin açılması Azərbaycanın prinsipial şərtlərindən biri idi. Vətəndaşlarımız Azərbaycanın əsas hissəsi ilə Naxçıvana maneəsiz və təhlükəsiz gedib-gəlməlidirlər. Bunun üçün güclü təhlükəsizlik zəmanətləri olmalıdır. Beynəlxalq təhlükəsizlik zəmanətləri təmin edilməlidir. Prezidentimizin dediyi kimi, yalnız Ermənistanın verdiyi zəmanətlər kifayət deyil: "Tramp administrasiyası bu qanuni narahatlığı doğru şəkildə qəbul etdi və bunun nəticəsində TRIPP (“Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu”) meydana gəldi. Prezident Tramp Zəngəzur dəhlizinə öz adını verdikdən sonra əminəm ki, bu layihə çox yaxın zamanda reallaşacaq. Fiziki infrastrukturun, yəni, dəmir yolunun tikintisi uzun vaxt tələb etməməlidir, çünki məsafə cəmi 42 kilometrdir. Əgər biz tikməli olsaq, bir il ərzində tamamlayardıq. Ermənistan üçün isə bəlkə də daha bir neçə il lazım olacaq, çünki dəmir yolu tikintisi sahəsində bizim təcrübəmiz daha çoxdur". 

Sevinc Fətəliyeva qeyd edib ki, proseslər müsbət yöndə davam edir: “Bu amil qarşıda dayanan hədəflərə nail olacağımıza əsas verir”.

Mürtəza

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:47
embedMənbə:https://olke.az
archiveBu xəbər 28 Avqust 2025 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see298

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see292

Tramp planı beynəlxalq hüquqa sığmır

26 Noyabr 2025 14:10see258

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see242

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see190

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see189

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see171

Basketbol millimiz ilk matçında uduzdu

28 Noyabr 2025 01:55see154

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see151

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see144

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see143

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see140

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see138

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see129

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see127

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see127

Hikmət Hacıyev Aİ nin rəsmi şəxsləri ilə ikitərəfli gündəliyi müzakirə etdi

28 Noyabr 2025 01:34see126

Müəllimə avtobus sükanı arxasında Qadın sürücülərdən reportaj VİDEO

26 Noyabr 2025 09:48see125

Aİ üçün Rusiya əleyhinə yeni sanksiyalar hazırda prioritet deyil

28 Noyabr 2025 02:36see123

Xızıda yük maşını dəmir arakəsməyə çırpıldı ÖZƏL

27 Noyabr 2025 00:31see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri