Icma.az
close
up
RU
Cərimələrdən bezən sürücü kameraları güllələdi

Cərimələrdən bezən sürücü kameraları güllələdi

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qəribə hadisə Özbəkistanın Əndican şəhərində baş verib.

Avtosfer.az xəbər verir ki, cərimələrdən bezən sürücü şəhərdəki nəzarət kameralarına tüfəngdən atəş açıb. 49 yaşlı kişinin əməlindən Əndican küçələrindəki 51 kamera zərər görüb, “Uztelecom” şirkətinə 132 min manat zərər dəyib. 

Hadisəni törədən şəxs saxlanılıb və ona qarşı “ictimai əmlakı məhvetmə” maddəsi ilə ittiham irəli sürülüb. Onu 360 saatadək ictimai iş və ya 3 ilədək həbs cəzası gözləyir.  

Maraqlıdır ki, hadisəni törədən şəxs sosial şəbəkədə qəhrəmanlaşdırılıb. Hadisə barədə beynəlxalq media da xəbər yayıb.

Vüqar Yaşaroğlu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:79
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 23 Aprel 2025 07:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri