Çerniqov vilayətində hava hücumu nəticəsində təxminən 50 min insan işıqsız qalıb
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Kiyev, 4 oktyabr, AZƏRTAC
Ötən gecə Rusiya qoşunları yenidən Ukraynanın enerji infrastrukturuna hücum edib. Çerniqov vilayətində hava hücumu nəticəsində təxminən 50 min insan işıqsız qalıb, fövqəladə qəzalar davam edir.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın Energetika Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, Rusiyanın Çerniqov vilayətini atəşə tutması nəticəsində fövqəladə qəzalar 50 minə yaxın istehlakçıya ziyan vurub. Bu arada, bölgədə elektrik enerjisinin saatlıq kəsilməsi qrafiki üzrə fəaliyyəti davam edir.
"Energetiklər mümkün qədər tez elektrik enerjisini bərpa etmək və "Çerniqov-Oblenerqo"nun həyata keçirmək məcburiyyətində qaldığı saatlıq fasilələri ləğv etmək üçün mümkün olan hər şeyi edirlər", - Energetika Nazirliyi qeyd edib.
Nazirlikdən bildirilib ki, enerji infrastrukturu obyektlərinə məqsədyönlü hücumlar düşmənin əl atdığı terror üsullarının növbəti sübutudur.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 04 Oktyabr 2025 12:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















