Çernomorets in baş məşqçisi millimizin oyunçusu haqda: Ona ümidimiz böyükdür
Sportal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ukraynanın “Çernomorets” klubunun baş məşqçisi Aleksandr Babiç komandaya yeni gələnlər haqda danışarkən, keçidi dünən açıqlanan Azərbaycan millisinin yarımmüdafiəçisi Emil Mustafayevi də unutmayıb.
Sportal.az xəbər verir ki, “UA-Футбол” portalına danışan Odessa təmsilçisinin çalışdırıcısı Emillə bağlı bunları deyib:
"Çempionatın yaz hissəsində ümid etdiyimiz iki yeni oyunçunu - Emil Mustafayev və Denis Bezborodkonu gözlədik. Onlar səhər-səhər Sideyə çatdılar. Biz çox istəyirik ki, komandaya dəvət etdiyimiz bütün oyunçular Türkiyədəki təlim-məşq toplanışında mümkün qədər çox vaxt keçirsinlər ki, hər bir oyunçunu fərdi olaraq ümumi qrupa daxil etmək məcburiyyətində qalmayaq. Mustafayevə də ümidimiz böyükdür".
Xatırladaq ki, Emil Mustafayev “Çernomorets”in heyətində mövsümün sonuna kimi icarə əsasında çıxış edəcək. Müqaviləyə əsasən, o, Ukraynanın “Polessye” klubuna məxsusdur.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 25 Yanvar 2025 11:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















