Cəsarət Valehov indi də musiqi müəllimlərinin qəniminə çevrilib Müəllimlər imtahan adıyla kütləvi ixtisara salınır + Şikayət (VİDEO)
Mia.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Fevralın 28-də Mədəniyyət Nazirliyi tabeliyində olan musiqi məktəbləri müəllimlərinin atestassiya imtahanı keçirildi.
Attestasiyadan keçməyən müəllimləri işdən uzaqlaşdırmağa başladılar. Lakin Cəsarət Valehov məktəbləri gəzərkən bildirmişdi ki, attestasiyadan keçə bilməyən müəllimlər işdən kənarlaşdırılmayacaq. (Həmin çıxış videoda)
İclasda bildirmişdi ki, bu sadəcə müəllimlərin biliklərini yoxlamaq üçün keçirilən bir attestasiyadır. Ancaq indi imtahandan keçməyən müəllimlər işdən azad edilir. Mən musiqi müəlliməsiyəm, 33 illik əmək stajım var. Pensiya yaşım da deyil, necə dolanım?"
Mia.az xəbər verir ki, bu sözləri "Sitat.info"ya açıqlamasında 3 saylı musiqi məktəbinin müəllimi Qənimə Rəhimova deyib.
Q.Rəhimova bildirib ki, kurslara göndərilmədən, ikinci şans vermədən müəllimləri kütləvi şəkildə işdən uzaqlaşdırırlar: "Təxminən 700 müəllimin həmin attestasiya imtahanında iştirak edib. 50 müəllim güzəştli şərtlərə imtahandan keçib.
Bu, hələ təkcə bir şöbə üzrədir. Aprel ayında xalq çalğı alətləri üzrə attestasiya imtahanı başlayacaq. Görün nə qədər adam kəsiləcək"
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Daha ətraflı təqdim etdiyimiz videodan izləyin...
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 29 Mart 2025 10:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















