Icma.az
close
up
RU
Çex Respublikasında Heydər Əliyev büstü açılıb

Çex Respublikasında Heydər Əliyev büstü açılıb

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə mayın 9-da Azərbaycan Respublikasının Çex Respublikasındakı Səfirliyində Ulu Öndərin büstünün açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Çex Respublikasındakı Səfirliyinin kollektivi, Çexiyadakı diaspora təşkilatları fəalları və ölkə ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilmiş mərasimin əvvəlində iştirakçılar tərəfindən Heydər Əliyevin büstünün önünə əklil qoyulub. Sonra Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, dahi rəhbərin əziz xatirəsinə dərin hörmət və ehtiram ifadə edilib.

Mərasimdə çıxış edən səfir Yaşar Əliyev bildirib ki, Ulu Öndər Heydər Əliyev nadir tarixi şəxsiyyət, müstəqil Azərbaycan dövlətinin qurucusudur. Tarixin ən mürəkkəb anlarında onun apardığı uzaqgörən və müdrik siyasət bu gün Azərbaycanın müstəqil və güclü olmasına zəmin yaradıb. Səfir, Ümummilli Liderin xalqımız və dövlətimiz qarşısındakı müstəsna xidmətlərini qeyd edərək, müstəqil, güclü və əzəmətli Azərbaycan dövlətinin qurulması istiqamətində gördüyü işlərin əhəmiyyətini vurğulayıb.

Azərbaycanın Çexiyadakı Səfirliyinin binasında açılmış Ümummilli Lider Heydər Əliyevin büstünün müəllifi dünya şöhrətli heykəltəraş Sergey Eylanbekovdur. Ulu Öndərin Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinin binasında və BMT yanındakı Daimi Nümayəndəliyində açılmış büstləri də S.Eylanbekovun əsərləridir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 10 May 2025 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see434

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see319

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see315

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see309

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see308

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see302

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see301

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see282

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see271

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see269

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see266

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see266

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see260

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see260

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see259

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see258

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see257

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see255

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see232

40 dərəcə hərarət, dərmanlar təsirsizdir Minlərlə insan yatağa düşdü!

21 Noyabr 2026 22:10see227
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri