Çexiya hakimiyyəti sərt qışa yüksək hazırlıq nümayiş etdirib
Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bu il Çexiyada qış mövsümü son illərin ən sərt dövrlərindən biri kimi qiymətləndirilir.
AZƏRTAC xəbər verir ki, uzunmüddətli şaxtalar, güclü qar yağışı və enerji tələbatının artmasına baxmayaraq, ölkə ciddi problemlərlə üzləşməyib.
Çexiya hakimiyyəti bildirir ki, bu nəticə əvvəlcədən görülmüş genişmiqyaslı hazırlıq tədbirlərinin sayəsində mümkün olub.
Hökumət hələ payız aylarında enerji ehtiyatlarını artırıb, qaz anbarlarını demək olar ki, tam doldurub və alternativ tədarük marşrutlarını gücləndirib. Eyni zamanda, kommunal xidmətlər və nəqliyyat strukturları fövqəladə rejimə keçirilib, yolların təmizlənməsi və ictimai nəqliyyatın fasiləsiz fəaliyyəti təmin olunub.
Sosial sahədə isə yaşlılar və həssas qruplar üçün əlavə dəstək proqramları tətbiq edilib.
Rəsmilərin fikrincə, görülən tədbirlər sərt qış şəraitində ölkənin dayanıqlığını və vətəndaşların təhlükəsizliyini qorumağa imkan verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 21 Yanvar 2026 20:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















