Icma.az
close
up
RU
Bu dövlət rüsumu 4 dəfə azaldılır 100 manatdan 25 manata

Bu dövlət rüsumu 4 dəfə azaldılır 100 manatdan 25 manata

Banco.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Məhkəmə əmri üçün dövlət rüsumunun azaldılması vətəndaşların, xüsusilə sosial baxımdan həssas qrupların ədalət mühakiməsinə çıxışını asanlaşdıracaq və hakimlərin iş yükünü azaltmağa imkan verəcək.

Ali Məhkəmədən verilən məlumata görə, Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Sənan Hacıyev bu fikirləri Milli Məclisin müzakirəsinə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsini şərh edərkən səsləndirib. Layihədə məhkəmə əmri haqqında ərizənin verilməsinə görə dövlət rüsumunun 100 manatdan 25 manata endirilməsi nəzərdə tutulur.

Kollegiya sədri qeyd edib ki, hazırda məhkəmə əmri haqqında ərizə üçün 100 manat, iddia qiyməti 1 000 manatadək olan iddia ərizəsi üçün isə 30 manat rüsum ödənilir. Onun sözlərinə görə, bu fərq əmr icraatından istifadəni azaldır.

S.Hacıyev bildirib ki, mülki işlər üzrə 5 000 manatadək, kommersiya işləri üzrə isə 10 000 manatadək mübahisəsiz tələblərlə bağlı məhkəməyə müraciət edən şəxslər bu səbəbdən sadələşdirilmiş icraat qaydasını seçirlər. Nəticədə tərəflər arasında faktiki mübahisə olmadığı hallarda belə işə mahiyyəti üzrə baxılması məhkəmələrin iş yükünü artırır.

Layihəyə əsasən, qiymətləndirilən iddialar üzrə apellyasiya, kassasiya və əlavə kassasiya şikayətlərinə görə dövlət rüsumu iddianın yalnız mübahisələndirilən hissəsi əsasında hesablanacaq. Qiymətləndirilməyən iddialar üzrə isə müəyyən edilmiş dövlət rüsumunun 50 faizinin tutulması nəzərdə tutulur.

Kollegiya sədrinin sözlərinə görə, yeni hesablama qaydası şikayət vermək hüququndan istifadəni asanlaşdıracaq. Əmr icraatından daha geniş istifadə isə işlərə daha operativ baxılmasına, hakimlərin daha mürəkkəb mübahisələrə vaxt ayırmasına və bu sahədə informasiya texnologiyalarının tətbiqinə şərait yaradacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:28
embedMənbə:https://banco.az
archiveBu xəbər 25 Noyabr 2026 18:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see361

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see317

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see288

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see277

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see273

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see264

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see252

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see250

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see236

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see234

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see230

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see229

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see224

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see218

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see216

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see214

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see202

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see195

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see193

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri