Çexiyada Heydər Əliyevin 101 illiyinə həsr olunan futbol turniri keçirilib FOTOLAR
Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Çexiyanın Praqa şəhərində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, “Land of Fire” cəmiyyəti və Çexiya Futbol Federasiyasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş Xarı Bülbül Beynəlxalq Futbol Turniri keçirilib.
"Unikal" xəbər verir ki, futbol turniri ilə bağlı “Land of Fire” təşkilatının sədri Fərid Əmirəliyev “Azərbaycan Televiziya və Radio Verilişləri”nin (AzTV) “Hədəf” verilişinə ətraflı məlumat verib.
Turnirdə Azərbaycan, Türkiyə, Qazaxstan, Ukrayna, Moldova, Çexiya və digər Avropa ölkələrini təmsil edən komandalar yarışıb.
Finalda azərbaycanlılardan ibarət “Charles United” və ukraynalılardan ibarət “Dubove” komandası qarşı-qarşıya gəlib. Hər iki komandanın oyunçuları “Biz müharibə yox, sülh istəyirik” şüarı yazılan lövhələrlə oyun meydançasına daxil olublar.
Final qarşılaşması “Dubove” komandasının qalibiyyəti ilə başa çatıb. Qalib komanda üçün mükafat təqdim olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 04 Dekabr 2024 12:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















