Ceyhun Bayramov Almaniyanın XİN başçısı ilə danışıqlar aparıb
Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində almaniyalı həmkarı Annalena Berbok ilə danışıqlar aparıb. SİA bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.
Tərəflər ikitərəfli və çoxtərəfli gündəliyi, həmçinin COP29 çərçivəsində cari danışıqları müzakirə ediblər.
Nazirlər, həmçinin regionda münaqişədən sonrakı vəziyyəti, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını və sülh prosesinə olan mövcud çağırışları müzakirə ediblər.
C.Bayramov Azərbaycana qarşı koordinasiya olunan qərəzli və əsassız kampaniyadan narahatlığını ifadə edib və bu məsələ ilə bağlı rəsmi Bakının mövqeyini diqqətə çatdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 22 Noyabr 2024 16:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















