Ceyhun Bayramov: Azərbaycan və Türkiyə arasında münasibətlər əhatə dairəsinə görə geniş, məzmunca zəngindir AZƏRTAC
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 18 yanvar, AZƏRTAC
Azərbaycan Türkiyə münasibətləri liderlərimizin vizyonu ilə, tarixi Şuşa Bəyannaməsinin imzalanması ilə müttəfiqlik səviyyəsinə yüksəlib.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
Nazir bildirib ki, iki ölkə arasında münasibətlər əhatə dairəsinə görə geniş, məzmunca zəngindir. O, həmkarı ilə bu gün keçirdiyi görüşdən də bəhs edib.
“Ölkələrimiz arasında bir sıra layihələr uğurla icra edilir. Azərbaycanda fəaliyyət göstərən Türkiyə şirkətlərinin sayı 4 minə yaxındır. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə Azərbaycanla yanaşı, Türkiyə şirkətləri də fəaliyyət göstərir”, - deyə o əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 18 Yanvar 2025 13:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















