Icma.az
close
up
RU
Ceyhun Bayramov BMT Baş katibinin köməkçisi ilə görüşdü Yeni Çağ Media

Ceyhun Bayramov BMT Baş katibinin köməkçisi ilə görüşdü Yeni Çağ Media

Icma.az, Yenicag portalına istinadən məlumatı açıqlayır.

Xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycanda səfərdə olan BMT baş katibinin köməkçisi, BMT-nin İnkişaf Proqramının (BMTİP) Avropa və MDB üzrə regional bürosunun direktoru İvana Jivkoviç ilə görüşüb.

Bu barədə Yenicag.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, görüş zamanı Azərbaycan və BMTİP arasında mövcud əməkdaşlıq gündəliyində duran, habelə Azərbaycanın COP29 sədrliyindən irəli gələn məsələlər müzakirə edilib.

Azərbaycanın BMTİP ilə uğurlu qarşılıqlı faydalı əməkdaşlığının mövcudluğunu qeyd edən nazir Ceyhun Bayramov, xüsusilə dayanıqlı inkişaf gündəliyinin irəlilədilməsi istiqamətində birgə layihələrin icrasını, ölkəmizin bu sahəyə sistematik yanaşmasının göstəricisi olaraq Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradıldığını, tərəfimizdən indiyədək 3 Könüllü Milli Hesabatın təqdim olunduğunu qeyd edib.

Azərbaycanın işğaldan azad olunmuş ərazilərindəki mina təhdidi ilə mübarizə səylərindən ətraflı bəhs olunub.

Azərbaycanın geniş yaşıl enerji potensialına əsaslanan inkişaf strategiyası, yaşıl enerji sahəsində regional və beynəlxalq layihələr, xüsusilə Xəzər və Qara dəniz hövzələrini birləşdirərək yaşıl enerji dəhlizinin yaradılması təşəbbüsündən bəhs olunub. Bu istiqamətdə, COP29 çərçivəsində imzalanmış “Azərbaycan Respublikası, Qazaxıstan və Özbəkistan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in əhəmiyyəti qeyd olunub.

Azərbaycanın COP29-a sədrliyinin əsas prioriteti olan iqlim maliyyəsi mövzusunun irəlilədilməsi istiqamətində beynəlxalq təşkilatların, o cümlədən BMTİP-in aktiv iştirakçılığının vacibliyi vurğulanıb.

Bakıda keçirilən COP29 çərçivəsində ilk gündən etibarən Paris Sazişinin 6.4-cü maddəsi üzrə razılığın əldə olunması, İtki və Zərərlərə Cavab Fondunun işə başlanmasını təmin edən irəliləyişlər, habelə çoxtərəfli inkişaf bankları tərəfindən iqlim maliyyəsi üçün öhdəliyin illik əsasda 75 milyarddan 170 milyard ABŞ dollarına qədər artırılması əhəmiyyətli uğur kimi qiymətləndirilib.

Qarşı tərəf Azərbaycan və BMTİP arasında müxtəlif sahələrdə əməkdaşlığın məmnunluq doğurduğunu, xüsusilə mina təhdidi ilə mübarizə sahəsinə BMTİP tərəfindən xüsusi əhəmiyyət verildiyini, bu istiqamətdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə birgə Azərbaycanda Minalardan Təmizləmə üzrə Beynəlxalq Mükəmməllik və Təlim Mərkəzinin yaradılması üzərində birgə fəaliyyətin aparıldığı bildirilib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

www.yenicag.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:268
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 14 Noyabr 2024 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri