Ceyhun Bayramov estoniyalı həmkarını Azərbaycan Ermənistan münasibətlərinin normallaşdırılması barədə MƏLUMATLANDIRDI FOTO
Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Xarici işlər naziri Ceyhun Bayramov Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna ilə görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Məlumata görə, BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində görüşündə nazirlər Azərbaycan və Estoniya arasında dialoqun siyasi məsləhətləşmələr və qarşılıqlı səfərlər vasitəsilə intensivləşdirilməsinin vacibliyini vurğulayaraq ikitərəfli əlaqələrin genişləndirilməsi imkanlarını qeyd ediblər.
Xarici işlər naziri Bayramov Azərbaycanın regionda sülh quruculuğu səyləri, o cümlədən Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi və Vaşinqton sammitinin nəticələri barədə estoniyalı həmkarını məlumatlandırıb.
Hər iki tərəf BMT və digər beynəlxalq platformalar da daxil olmaqla, ikitərəfli və çoxtərəfli çərçivədə əməkdaşlığı dərinləşdirməyə hazır olduqlarını təsdiqləyiblər.

Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 25 Sentyabr 2025 19:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















