Icma.az
close
up
RU
Ceyhun Bayramov Maldiv Respublikasının xarici işlər naziri ilə görüşüb Doğru Xəbərlər

Ceyhun Bayramov Maldiv Respublikasının xarici işlər naziri ilə görüşüb Doğru Xəbərlər

Icma.az, Dogru.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Maldiv Respublikasının xarici işlər naziri Abdulla Xəlil ilə görüşüb.

Doğru.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, görüş zamanı Azərbaycan və Maldiv arasında bir sıra, o cümlədən iqtisadi, investisiyalar, turizm, humanitar və s. sahələr üzrə əməkdaşlıq perspektivləri, habelə COP29 sədrliyimizdən irəli gələn məsələlər müzakirə edilib. Nazir Ceyhun Bayramov COP29 çərçivəsində Maldiv Respublikasından ölkəmizə yüksəksəviyyəli nümayəndə heyətinin səfərinin əhəmiyyətini qeyd edərək, bu kimi təmasların ikitərəfli və çoxtərəfli əməkdaşlıq perspektivlərinin müzakirəsi baxımından vacib olduğunu diqqətə çatdırıb. Ölkələrimiz arasında iqtisadiyyat, investisiyalar, ticarət istiqamətləri üzrə əməkdaşlığın mühüm perspektivlərinin mövcud olduğu, bu imkanlardan istifadə etməklə qarşılıqlı ticarət dövriyyəsinin artırılmasının əhəmiyyəti vurğulanıb. Xalqlarımız arasında qarşılıqlı təmasların gücləndirilməsi baxımından turizm sahəsində mövcud imkanların nəzərdən keçirilməsinin, qarşılıqlı viza sadələşdirilməsi məsələlərinə baxılmasının vacibliyi qeyd olunub. Nazir Ceyhun Bayramov, həmçinin COP29 sədrliyimiz barədə qarşı tərəfi ətraflı məlumatlandırıb, sədrlik dövründə qarşılıqlı faydalı əməkdaşlıq edəcəyimizə dair inamını ifadə edib. Nazir Abdulla Xəlil Azərbaycanı COP29-a sədrliyi münasibətilə təbrik edib, ölkəmizin iqlim dəyişikliyi ilə mübarizə səylərinə rəhbərliyində uğurlar arzu edib. Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Daha sonra nazirlər arasında “Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında diplomatik, xidməti və rəsmi pasport sahiblərinin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında Saziş” və “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə Maldiv Respublikasının Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun imzalanması baş tutub.

DOĞRU.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://dogru.az
archiveBu xəbər 16 Noyabr 2024 00:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see180

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see167

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see156

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see155

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see154

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see149

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see145

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see143

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see141

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see137

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see133

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see133

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see129

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see128

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri