Ceyhun Bayramov norveçli nazirlə görüşdü
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində Norveç Krallığının beynəlxalq inkişaf naziri Anne Beate Tvinnereym ilə görüşüb.
Xarici İşlər Nazirliyindən Xalqcebhesi.az-a verilən məlumata görə, görüşdə Azərbaycanın COP29-da sədrliyi çərçivəsində Norveçlə əməkdaşlıq imkanları, həmçinin regional məsələlər müzakirə edilib.
Ceyhun Bayramov COP29-un sədrliyinin gündəliyi, Azərbaycanın iqlimlə mübarizə və iqlimin maliyyələşdirilməsi sahəsində təşəbbüsləri barədə məlumat verib.
![](https://xalqcebhesi.az/media/2024/09/20/371x177/niyameddin1.jpg)
![](https://xalqcebhesi.az/media/2024/11/16/371x177/17317412772138733234_1200x630.jpg)
![](https://xalqcebhesi.az/media/2024/11/16/371x177/hikmet_32165.jpg)
![see](https://icma.az/template/assets/see.png)