Icma.az
close
up
RU
Ceyhun Bayramov Somalinin yeni səfiri ilə görüşdü

Ceyhun Bayramov Somalinin yeni səfiri ilə görüşdü

Icma.az, Adelet.az saytına istinadən bildirir.

25 fevral 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Somali Federativ Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Abdinur Dahir Fidounu qəbul edib.

XİN-dən Adalet.az-a verilən xəbərə görə, görüş zamanı səfir etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir səfiri təyinatı münasibətilə təbrik edib, ona ölkəmizdə diplomatik fəaliyyətində uğurlar arzulayıb. Somalinin ölkəmizdə ilk rezident səfirinin iki ölkə arasında münasibətlərin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyinə dair əminlik ifadə olunub.

Görüşdə Azərbaycan və Somali arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Son bir neçə il ərzində ölkələrimiz arasında təmasların intensivləşməsi, qarşılıqlı səfərlərin sayının artmasının məmnunluq doğurduğu qeyd edilib. Ötən ilin fevral ayında Somali Prezidentinin ölkəmizə səfəri, daha sonra Azərbaycan hökumət missiyasının Somaliyə səfəri və bu çərçivədə Xarici İşlər Nazirlikləri arasında ilk siyasi məsləhətləşmələrin keçirilməsi, Somali xarici işlər nazirinin iyun ayında ölkəmizə səfəri məmnunluqla xatırlanıb.

Azərbaycan və Somali arasında əməkdaşlığın siyasi, iqtisadi, humanitar, kənd təsərrüfatı, enerji və digər sahələrdə daha da dərinləşdirilməsi üçün mövcud potensialdan istifadə olunmasının vacibliyi vurğulanıb.

Görüşdə, Azərbaycan və Somali arasında ikitərəfli çərçivədəki münasibətlərlə yanaşı, çoxtərəfli beynəlxalq və regional platformalarda, xüsusilə Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın önəmi vurğulanıb. Bununla yanaşı, Somalinin 2025–2026-cı illər üzrə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü dövründə əməkdaşlığın təqdirəlayiq olduğu bildirilib.

Ölkəmizin Somali Federativ Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyinə, birliyinə və ərazi bütövlüyünə tam dəstəyi bir daha diqqətə çatdırılıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında ətraflı fikir mübadiləsi aparılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://adalet.az
archiveBu xəbər 25 Fevral 2026 19:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see309

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see283

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see273

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see267

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see262

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

10 Sentyabr 2026 09:50see251

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see250

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see242

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see238

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see235

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see235

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see230

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see220

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see219

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see212

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see206

Nəbiyevin qardaşının tikinti şirkəti zərərdə işçilər ixtisar olunur

10 Sentyabr 2026 13:25see204

Vətəndaş “Expargo”dan şikayətçidir: 240 AZN dən çox məhsul hara yoxa çıxıb?

10 Sentyabr 2026 13:43see200

Səhiyyə naziri UNOPS un Avstriya Çoxölkəli Ofisinin direktoru ilə görüşdü

10 Sentyabr 2026 14:08see193

Bitki mənşəli içki faciəsi: 24 nəfər həyatını itirdi

10 Sentyabr 2026 19:48see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri