Icma.az
close
up
RU
Ceyhun Bayramov TDT Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

Ceyhun Bayramov TDT Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

Icma.az, Azpost portalına istinadən məlumatı açıqlayır.

Noyabrın 6-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qırğız Respublikasının paytaxtı Bişkek şəhərinə işgüzar səfəri çərçivəsində Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının 11-ci iclasında iştirak və çıxış edib.

Bu barədə XİN məlumat yayıb.

Məlumata görə, çıxışda TDT çərçivəsində iqtisadi-ticarət, nəqliyyat və kommunikasiyalar, enerji təhlükəsizliyi, rəqəmsal texnologiyalar, mədəniyyət və digər sahələr üzrə əməkdaşlığın inkişaf perspektivləri, ölkəmizin Təşkilatın gücləndirilməsi istiqamətində təşəbbüsləri və baxışı, habelə Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyindən ətraflı bəhs olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ailəmiz hesab etdiyimiz Türk dünyası çərçivəsində əməkdaşlığa strateji baxışının əsasında ölkəmizin Təşkilatın gücləndirilməsi istiqamətində səy və təşəbbüslərini davam etdirmək niyyəti diqqətə çatdırılıb, bu istiqamətdə TDT Katibliyinin heyət və büdcəsinin artırılmasının əhəmiyyəti qeyd olunub.

Beynəlxalq qurum və təsisatlara inamın azaldığı bir dövrdə tarixi Naxçıvan sazişi ilə əsası qoyulmuş TDT-nin yaradılmasından ötən 15 il ərzində Təşkilatın bölgədə və dünyada etibarlı regional təşkilata çevrilməsinin məmnunluq doğurduğu qeyd edilib.

“Türk Dünyasının gücləndirilməsi: iqtisadi inteqrasiya, davamlı inkişaf, rəqəmsal gələcək və hər kəs üçün təhlükəsizlik” mövzusunda keçiriləcək Zirvə Görüşünün, habelə bu çərçivədə qəbul olunacaq Bəyannamə və Türk Dünyasının Xartiyası da daxil olmaqla bütün sənədlərin Təşkilatın inkişaf dinamikasına müsbət təsir göstərəcəyinə dair inam ifadə olunub.

Mövcud regional və beynəlxalq çağırışların fonunda bölgəmizdə birgə rifah və ümumi məqsədlərə nail olunması istiqamətində iqtisadi potensialın gücləndirilməsi, ticarət dövriyyəsinin daha da artırılması, nəqliyyat dəhlizlərinin şaxələndirilməsinin vacibliyi qeyd olunub.

Bu istiqamətdə, 6 iyulda Şuşada keçirilmiş qeyri-rəsmi zirvə görüşü çərçivəsində qəbul olunmuş Qarabağ Bəyannaməsinin Türk dövlətlərinin potensialının reallaşdırılması, əhəmiyyətli birgə təşəbbüs və layihələrin həyata keçirilməsinə vurğu etməsi baxımından əhəmiyyəti diqqətə çatdırılıb.

TDT ilə əlaqəli fəaliyyət göstərən TÜRKPA, TÜRKSOY, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu və Türk İnvestisiya Fondunun fəaliyyəti, o cümlədən TDT-nin Macarıstandakı nümayəndəlik ofisinin işi təqdir olunub.

İşğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərindən bəhs edən nazir Ceyhun Bayramov, ölkəmizin yenidənqurma fəaliyyətinin birgə əməkdaşlıq, o cümlədən Orta Dəhlizin inkişafı üçün geniş imkanlar yaratdığını bildirib.

Çıxış zamanı, həmçinin ölkəmizin COP29 sədrliyi, görülən hazırlıq işlərindən ətraflı bəhs olunub, Türk dünyasında ilk dəfə keçiriləcək bu mötəbər tədbir çərçivəsində bir sıra birgə təşəbbüslərin həyata keçiriləcəyi diqqətə çatdırılıb.

İclasın sonunda xarici işlər nazirləri tərəfindən “Türk Dövlətləri Təşkilatı yanında Daimi Nümayəndələr haqqında Əsasnamənin təsdiq edilməsi haqqında Qərar” və “Türk dünyasının birliyinə töhfəyə görə Əlişir Nəvai Beynəlxalq Mükafatının Türk Dövlətləri Təşkilatına verilməsi haqqında Qərar” imzalanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://azpost.info
archiveBu xəbər 06 Noyabr 2024 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see255

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see192

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see150

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see140

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see139

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see139

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see132

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see128

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see127

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see127

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see126

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see126

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see126

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see126

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see125

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see125

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see124

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see120

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri