Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

ChatGPT mütəxəssis deyil, onun tövsiyələri həyatı risklərə ata bilər EKSPERT RƏYİ

ChatGPT mütəxəssis deyil, onun tövsiyələri həyatı risklərə ata bilər EKSPERT RƏYİ

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Süni intellekt” ifadəsi ilk dəfə 1956-cı ildə Con Makkarti tərəfindən istifadə olunub. Yeni elmi istiqamət formasında isə süni intellektin tarixi 20-ci əsrin ortalarından başlayır. Kompüter elminin atası sayılan riyaziyyatçı, kriptoqraf, informatika elminin yaradılmasında böyük rol oynayan ingilis alim Alan Turinq isə süni intellekt haqqında ilk fikirlərini 1950-ci ildə "Mind” jurnalında çap etdirib.

Turinqin bu ideyası hazırda "Turinq testi” adlandırılır və süni intellektin yaradılmasında gedən araşdırmalarda ondan hələ də istifadə olunur. Test kompüterin və ya başqa bir sistemin insanlarla eyni zehni bacarığa sahib olub-olmadığını müəyyən etmək məqsədi daşıyır. Onun bu yanaşması süni intellekt araşdırmalarının ən ibtidai forması idi, halbuki, indi SİRİ kimi proqramlar vasitəsilə kompüterlə ünsiyyət qurub ondan cavablar almaq artıq heyrət doğurmur. Həmçinin şahmat oyununda kompüterə uduzmaq da normal hal sayılır. Mütəxəssislər süni intellektin üç növü olduğu qənaətindədirlər. Bunlar məhdudlaşdırılmış süni intellekt, ümumi süni intellekt və süni super intellektdir.Məşhur nəzəriyyəçi-fizik Stiven Hokinq hesab edir ki, süni intellekt "insan irqinin sonunu gətirə bilər. Elon Mask və bu sahədə çalışan bir neçə böyük alim də eyni fikirdədir. "Skype” proqramının yaradıcılarından Yaan Tallinn isə belə nəticəyə gəlib ki, süni intellektin daha da inkişaf etməsi partlayışa və ya onun insan nəzarətindən çıxmasına səbəb ola bilər. Bu isə bütövlükdə bəşəriyyəti böyük təhlükə altında qoya bilər. Belə ki, ultraağıllı süni intellektlər, təkamül-inkişaf nərdivanında bəşər övladının yerini tutacaq və biz qəfəsdə olan meymuna necə baxırıqsa, onlar, yəni, süni intellekt də bizə o gözlə baxacaq. 

Bəli, insan yalnız intellektual zəkadan ibarət canlı deyil. Onun ümidləri, xəyalları, arzuları, duyğuları, ən əsası, ruhu var. İnsanı maşından, robotdan fərqləndirən də elə budur. Duyğulara və ruha sahib insan isə ruhsuz və duyğusuz hər cür robot və maşından həmişə bir addım öndədir. 

Süni intellekt məlumatlar öyrənilsin deyə yaradılıb. Amma günün reallığında təhlükələrlə üz- üzəyik. Təhlükələr gündən- günə daha da artmaqdadır. Maraqlı olan tərəfi günahın süni intellektdə deyil, birbaşa insanın özündə olmasıdır. Bu fikirlər heç də əsassız deyil. Bu barədə Psixoloq Elmir Əkbər bəy süni intellektin insan psixologiyasına təsirlərindən danışdı. O, deyir ki, burda günah nə ChatGPT-də nə də ki, onu istehsal edən alimlərdə və şirkətlərdədir:

"Rusiyada bir insident olmuşdu - bir nəfər məqaləni suni intellektlə yazmaq istəmişdi və bütün ədəbiyyat yoxlanılaraq yazının saxta olduğu, sitat gətirildiyi bəlli olmuşdu. Bizdə isə vəziyyət belədir: o gün bir həkim yoldaşım danışır ki, qohumları olan qıza ChatGPT intihar etməyi tövsiyə edib. Dəfələrlə belə hadisələrə şahid oluruq hətta bir dəfə həkim tanışıma pasiyent gecə gec olub deyə yazmaq istəməyib. ChatGPT-dən soruşub ki, dərmanların kombinasiyasını necə eləsin və chatgpt-nin cavabı ilə kombinasiyanı edib və xüsusi ağrıkəsicilərdən istifadə edib. Hansı ki, bu ağrıkəsicilər mədə üçün çox təhlükəlidir. Az qalsın ki, istifadə etdiyi dərman mədəsində yaranın yaranmasına gətirib çıxarırdı”- deyə Elmir bəy fikirlərinə əlavə edir. Elmir bəyin xüsusi vurğuladığı fikir budur ki, ChatGPT mütəxəsis deyil. Bunu təkcə o yox, bütün mütəxəsislər deyir. Psixoloq qeyd edir ki, ingilis dilli internet portallarında suni intellekt proqramlarına baxılsa, görünür ki, heç bir vətəndaş proqrama ekspert kimi yanaşmır. Azərbaycanda isə bəzən suni intellekt tövsiyələr verir. Elmir bəyin əsas fikri bundan ibarətdir ki, süni intellektin əsasında heç bir emosiya və dəyər durmur. Məlumat üçün yaxşıdır, amma canlını, insanı, mütəxəsisi əvəz edə bilməz. Yaxınlarımızla, doğmalarımıza olan əlaqələrimizin yerini bir robot necə qarşılaya bilər? Bu mümkünsüzdür. Hətta belə bir tövsiyəm var əgər ünsiyyətdə problem yaşayırsınızsa terapevtə müraciət edin, yox istəmirsinizsə, evinizdə bir bitki, heyvana qulluq etmək belə adama çox yaxşı təsir göstərir: “Suni intellektin tövsiyələriylə yola çıxmayın çünki bu mənfi fəsadlara gətirib çıxarır. Bu mənim şəxsi subyektiv fikrim yox, bütün beynəlxalq aləmdəki mütəxəsislərin rəyidir”.

  Süni intellekt proqramları barədə texnologiya üzrə ekspert Elvin Abbasov da danışıb. O, deyir ki, süni intellekt texnologiyalarında bu günə qədər əsas müşahidə odur ki, süni intellekt artıq yalnız tapşırıq icra edən alət deyil, həm də insanın yaradıcılıq və intellektual proseslərini simulyasiya edən bir tərəfdaşdır. Lakin bu inkişafın mərkəzində hələ də insanın öyrətmə metodu olan İnsan rəyi ilə gücləndirilmiş öyrənmə durur: “Bu o deməkdir ki, maşın hələ də insan məntiqinin və etik qərarlarının kölgəsində inkişaf edir. Süni intellektin inkişafına müsbət təsir edən ən mühüm resurslar açıq mənbəli proqram təminatı kitabxanaları, yüksək performanslı hesablama mərkəzləri və keyfiyyətli məlumat bazalarıdır. Yanaşma olaraq isə etik çərçivələr daxilində qurulan "insan nəzarətində olan proses" modeli ən uğurlusudur. Əksinə, qapalı və qərəzli verilənlər bazasından istifadə, şəffaflığın olmaması və yalnız gəlir məqsədli sürətli inteqrasiya ciddi fəsadlara səbəb ola bilir. Bura məlumat sızması, kiber dələduzluq və cəmiyyətdə dezinformasiya dalğası daxildir. Texnologiyanın nizamlanmamış şəkildə kütləvi tətbiqi, nəzarətdən çıxan alqoritmik qərarların yaranma riskini artırır.

Texniki cəhətdən ən böyük problem "qara qutu" məsələsidir. Bu, mürəkkəb neyron şəbəkələrinin müəyyən bir qərarı niyə və necə verdiyini tam izah edə bilməməyimizdir. Bundan əlavə, süni intellektin yanlış məlumatı inamla təqdim etməsi olan "halüsinasiyalar", modelin yaddaş və enerji səmərəliliyi, həmçinin verilənlərdəki qərəzliliyin sistem tərəfindən mənimsənilməsi əsas məhdudiyyətlərdir. Süni intellekt hələ də səbəb nəticə əlaqəsini insan kimi dərk edə bilmir. O, sadəcə statistik ehtimallara əsaslanır ki, bu da mürəkkəb və intuitiv qərarvermə proseslərində onun zəif bəndidir".

E. Abbasov bildirir ki, süni intellektin əsas "açarı" verilənlərin strukturu və hesablama gücüdür:

"Bunu qısa bir terminlə ifadə etməli olsam, "Verilənəsaslı İdraki Simulyasiya" adlandırardım. Bu o deməkdir ki, süni intellektin gücü onun nə qədər "ağıllı" olmasında deyil, nə qədər geniş və strukturlaşdırılmış məlumat massivi üzərində, hansı sürətlə əlaqə qura bilməsindədir. İnkişafın bu təməl sütunları, insanların gələcəkdə texnologiyanı nə dərəcədə idarə edə biləcəyini müəyyən edən əsas amildir.

Gələcəkdə süni intellekt sistemlərinin insanları birbaşa idarə etməsi elmi fantastik bir ssenari kimi görünsə də, alqoritmik manipulyasiya vasitəsilə dolayı idarəçilik artıq bu gün də mövcuddur. İnsanlar süni intellekti faydalı resurs kimi istifadə etməyə davam edəcək, lakin bu resursdan asılılıq artdıqca qərarvermə mexanizmlərimiz tədricən maşınların ixtiyarına keçə bilər. Ən real proqnoz budur ki, insanlar süni intellekti idarə edən informasiya texnologiyaları mütəxəssisi və etik nəzarətçi rolunda qalacaq. Lakin bu texnologiya cəmiyyətin elə bir parçası olacaq ki, onsuz həyatı təsəvvür etmək qeyri mümkünləşəcək".

İlahə Həbib

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:189
embedMənbə:https://sherg.az
archiveBu xəbər 17 Yanvar 2026 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see326

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see265

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see261

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see254

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see252

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see239

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see232

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see230

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see228

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see226

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see223

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see219

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see217

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see212

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see208

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see194

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see193

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see189

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see181

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri