Icma.az
close
up
RU
“China Daily” qəzeti Berlində keçirilmiş MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisindən yazıb

“China Daily” qəzeti Berlində keçirilmiş MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisindən yazıb

Icma.az, Azertag saytına istinadən bildirir.

Pekin, 17 oktyabr, AZƏRTAC

Çinin ingilisdilli “China Daily” qəzeti Heydər Əliyev Fondunun, IDEA İctimai Birliyinin və Azərbaycanın Almaniyadakı səfirliyinin birgə təşkilatçılığı ilə Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində keçirilmiş MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisi barədə məqalə yayıb.

Çinin nüfuzlu nəşri sıx əməkdaşlıq etdiyi AZƏRTAC-ın təqdim etdiyi materiala istinad edərək, daha əvvəl bir neçə ölkədə uğurla həyata keçirilən bu mədəniyyət layihəsinin təbiət və insanlıq arasında bənzərsiz əlaqənin və vəhdətin təbliğinə xidmət etdiyini yazıb.Qeyd olunub ki, sərginin açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva çıxış edərək, MAMA “Ana təbiət” sərgisində 31 ölkədən 54 rəssamın əsərlərinin təqdim olunduğunu vurğulayıb, bu əsərlərin incəsənətin sərhədləri aşaraq təbiəti qorumaq istəyinin ifadəçisi olduğunu bildirib.

Nəşr yazır ki, Bakıda başlayan layihə Bəhreyn, London, Roma və Tbilisidə təqdim olunub.

Bildirilib ki, IDEA İctimai Birliyinin təşəbbüsü ilə həm Azərbaycanda, həm də dünyanın müxtəlif yerlərində bir milyondan çox ağac əkilib, nadir heyvan növlərinin qorunması, məktəb və universitetlərdə tələbələrə təbiətin mühafizəsinin vacibliyinin təbliği istiqamətində layihələr icra olunur.

Qeyd olunub ki, MAMA “Ana təbiət” beynəlxalq incəsənət layihəsi Azərbaycan da daxil olmaqla, 31 ölkədən - ABŞ, Almaniya, Böyük Britaniya, Braziliya, Cənubi Koreya, Gürcüstan, Hindistan, İspaniya, İsrail, Latviya, Pakistan, Rusiya, Türkiyə, Ukrayna və digərlərindən fərqli sənətkarları bir araya gətirərək incəsənət vasitəsilə planetimizi gələcək nəsillər üçün qorumağa çağırır.

Məqalədə Leyla Əliyeva və Arzu Əliyevanı “Q” Berlin İncəsənət Qalereyasında istedadlı azərbaycanlı heykəltaraş, Aprel döyüşlərində şəhidlik zirvəsinə ucalmış Samir Kaçayevin “Yarımçıq qalmış, lakin əbədi” adlı sərgisinin açılışında da iştirak etdikləri bildirilib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Oktyabr 2025 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qədim Kəlbəcərin NADİR GÖRÜNTÜLƏRİ: Tarixi körpünün restavrasiyaya ehtiyacı var

30 Noyabr 2025 16:48see193

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see178

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see153

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see152

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see141

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see138

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see135

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see135

Türkiyədən sonra Livana yollandı

30 Noyabr 2025 20:30see134

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see133

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see131

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see130

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see128

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see125

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see125

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see124

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see123

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see122

Zelenskini bu şəxs əvəz edə bilər AD AÇIQLANDI

30 Noyabr 2025 20:06see121

Ər və arvad kazinoda saxta yolla bir milyon qazandı

30 Noyabr 2025 22:32see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri