Icma.az
close
up
RU
CHP artıq Türkiyənin inkişafının qarşısında maneə rolu oynayır

CHP artıq Türkiyənin inkişafının qarşısında maneə rolu oynayır

Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.

Türkiyə dövlətinin tarixi dövlətçilik ənənələrini ancaq onun idarəçiliyində olan insanlar və partiyalar bilir. Son yüz illik tarixində Türkiyə dövlətinin idarəçiliyi Atatürklə başlayan CHP hakimiyyəti İsmət İnönüdən sonra bütün dövrlərdə Bülent Ecevit və Dəniz Baykal xaric müxtəlif partiyaların idarəçiliyində oldu. B.Ecevitin özü sonralar başqa partiya-Demokratik Sol Partiya adı ilə yenidən hakimiyyətə gəldi. Koalisiya hökuməti qısa müddət sonra dağıldı.

Dəniz Baykalın da hakimiyyət müddəti qalmaqallı oldu. Onun CHP başçılığından gedişi isə heç də siyasətçiyə yaraşan şəkildə olmadı. Oteldə çəkilən intim görüşün gizli video çəkilişi onun istefası ilə nəticələndi ki, yerinə Kamal Kılıçdaroğlu CHP-nin başına gəldi. Bunun FETO paralel yapılanması tərəfindən edildiyi və K.Kılıçdaroğlunun onların istəyi ilə CHP-nin başına gətirildiyi söz-söhbətləri uzun müddət danışıldı. Buna "kaset kumpası" adı verilmişdi.

CHP hakimiyyətinin Atatürkdən sonrakı uğuru İyul 1974-cü ildə, Bülent Ecevit Baş nazirkən, Yunanıstandakı əsgərî xuntanın dəstəklədiyi EOKA tərəfdarı rumlar, Kıprıs Cumhurbaşkanı III Makariosa qarşı çevriliş etdi. Çevriliş səbəbilə Adada yaşayan Türklərin yaşamlarının təhlikəyə girməsi səbəbi ilə orduya həyəcən siqnalı verildi. Londona gedən Ecevit, Türkiyə kimi Kıprıs anlaşmalarına qarantor dövlət olaraq imza qoymuş Britanya hökumətinin yetkililəriylə görüşdüysə də, Kıprısdaki duruma bir ortak çözüm tapılmadı. Ecevitin başında olduğu hökumət əsgərî müdaxilə qərarı aldı. 20 İyul da başlayan Kıprıs Barış Hərakatını 14 Avqustdakı II Barış Hərəkatı izlədi. Kıprıs Hərəkâtından sonra Ecevit, “Kıprıs Fatehi” olaraq anılmağa başlandı.

Türkiyədə davam edən siyasi qarşıdurma AKP-nin hakimiyyətə gəldiyi gündən Atatürk əleyhinə apardığı üstüörtülü dözümsüzlüyün nəhayət üzə çıxması ilə bitəcək. İki siyasi partiya arasında qarşılıqlı mübarizə Türkiyənin siyasi elitasının da dəyişməsinə gətirib çıxaracaq. AKP-nin xarici siyasətdəki uğurlarının daxili siyasətdə də uğurlu olması üçün CHP-nin təmizlənməsi böyük əhəmiyyət kəsb edir. Məsələ ondadır ki, CHP artıq Türkiyənin inkişafının qarşısında maneə rolu oynayır. Beynəlxalq qlobalist güclərin təsir dairəsində olan CHP Türkiyə dövlətinin maraqlarının yox, xarici təsir mərkəzlərinin diktəsi ilə hərəkət edir. Türkiyənin əsas düşməni olan PKK/KCK ilə əməkdaşlıq edir.

CHP sıralarından ayrılıb AKP sıralarına keçən insanlar CHP-nin yolunun artıq şəxsi maraqlar olduğunu və Türkiyə dövlətinə ziyan vurduğunu anlayan insanlardır. CHP-nin ABŞ-dan idarə edildiyi, ABŞ-ın qlobalist dairələrinin əmrləri ilə oturub-durduğu 2016-cı il 15 iyul FETO çevrilişə cəhd hadisələri zamanı daha aydın üzə çıxmışdı. Kılıçdaroğlunun rahat şəkildə televizorun qabağında əyləşib hadisələri izlədiyi, ona toxunulmayacağına arxayın olduğu, AKP rəqib partiya olsa da, CHP adından həmin qeyri-konstitusion hərəkətə reaksiya verməməsi onu deməyə əsas verirdi ki, CHP də bu çevrilişdə maraqlı idi. Bu isə FETO-nun arxasında duran ABŞ-nın təlimatı idi. ABŞ istəyir ki, Türkiyə avtomobil, təyyarə, pilotsuz uçuş aparatları və bu kimi məhsullar deyil, meyvə-tərəvəz istehsal etsin.

CHP də bunda ona dəstək olur. CHP-lilərin istehsal olunan hərbi və mülki məhsullara ilk vaxtlar istehza ilə qiymət verdikləri hər kəsin yadındadır. "KAAN" döyüş təyyarələri üçün " bu, kalorifer pətəyidir, uçmaz" deyərək lağ etdikləri buna misaldır, eləcə də digər məhsullar üçün. Məsələn, TOGG avtomobillərinin ehtiyat hissələri şəklində xaricdən gətirilib Türkiyədə yığıldığını iddia edirdilər. Sonra TOGG-un zavodunun istehsal xəttinin mediada göstərilməsi səslərinin kəsilməsinə səbəb oldu. Bir insan rəqib cinahdan da olsa, öz ölkəsinin uğurlarına niyə sevinməsin ki? Görünən odur ki, bu, belə deyildir. Öz ölkəsi anlayışı onlar üçün mübahisəlidir.

Türkiyədə belə bir deyim var: "Bizansın cocuqları sağdır, Fatihin cocuqları öldümü?"

Bu ifadəni Türkiyədə öz ölkəsinin uğurlarına sevinməyən, özlərinin mənsubiyyətini gizlədib, vətənpərvər kimi ortada gəzənlər barəsində deyirlər. Osmanlı imperiya olduğu üçün onun daxilində bir çox Türk düşmanı insanlar kimlik dəyişib gizlənə biliblər ki, vaxtı gəldiyini hesab etdikdə Türkləri burdan gəldikləri yerə qovsunlar. Onlar hesab edirlər ki, Türklər Orta Asiyadan bu torpaqlara gəliblər. Türklərin Istanbuldan qovulması fikrini açıq şəkildə Yunan katolikosunun Trampdan xahiş etdiyini bütün dünya gördü iki gün öncə.

Xalq CHP-ni bir daha hakimiyyətə yaxın buraxılmaması da, CHP hər zaman kənardan digər hakimiyyətlərə nəzarət etdi. CHP-nin layik cümhuriyyət anlayışından kənara çıxanlara qarşı çevrilişlər etdi. Kimisini asdı, kimisini hakimiyyətdən kənarlaşdırdı, partiyaları bağladı və s. Buna rəğmən xalq yenə də seçkilərdə CHP-yə əksər hallarda səs verməməklə birbaşa ona hakimiyyət imkanı vermədi və bu günə kimi də vermir. CHP-nin hakimiyyətə gəlməsi üçün imkanların yaranması durumunda bir olub ona imkan verməyiblər. Seçki qutusunda CHP-ni məğlub ediblər. Son illərin seçki kampaniyaları buna misaldır.

Bəs bunun səbəbi nə idi və indi nədir?

Bu, Osmanlı dövründə onun daxildən dağılmasının başlanğıcını qoyan "İttihad və Tərəqqi" hərəkatından və son CHP idarəçilərindən bu yana layiklik anlayışının Türk xalqının mənəvi və gen yaddaşına zidd məvhum olması ilə əlaqəli idi. Türk xalqını süni şəkildə müasirləşdirmək, dünyəvi dövlət anlayışı ilə idarə etmək üçün min illik tarixi adət-ənənələrindən uzaqlaşdırmaq, türklüyün mahiyyətini dəyişdirmək istəyi idi. Min illik şanlı uğur tarixinin unutdurulması, heç olmasa Səlcuqlu və Osmanlı tarixinin gizlədilərək yadlaşdırılması, hafizələrdən silinməsi istənilirdi, hansı ki, bu, Türk irqinin tarixi düşmənlərinin istəyi idi, bu da həyata keçirilirdi.

Osmanlı tarixinin şanlı səhifələri gizlədilir, tarixi hadisələr, Avropanın son əsrlərdə güclü dövlətləri üzərində olan qələbələri barəsində heç nə deyilmirdi, tarix dərslərinə salınmırdı. Məsələn, Kutul Amarədə ingilislər üzərində qələbə və ya Napaleon fransasının Misiri, indiki Fələstin ərazilərini fəth etdikdən sonra Suriya torpaqlarında 80 yaşlı Osmanlı paşası tərəfindən məğlub edilməsini.

ll Əbdülhəmid xanın cənazə namazını Masson olan Musa Kazım Əfəndi qıldırdı. Onu taxtdan endirənlər isə "Səni millət əzl etdi", yəni səni xalq vəzifəndən aldı deyən dörd nəfərin biri Yəhudi Emanuel Karasu, biri erməni Aram Əfəndi, biri Arnavud Əsat Topdani, hansı ki, Arnavudluğun əldən getməsində ən böyük rollardan birini oynamışdı, bir isə nankor Arif Hikmət Paşa.

II Əbdülhəmid xanın "Qızıl sultan" kimi tanıdılması, yəni qanlı sultan, onun xidmətlərinin gizlədilməsi müasir Türk tarixinin CHP hakimiyyəti dövründə olur. CHP-nin Atatürkdən sonra ikinci adamı olan Kazım Qarabəkir Paşanın II Əbdülhəmid xanın öldürülməsini istəyən erməni terrorçularına imkan vermək olmaz, ermənilər öldürürsə onda onlar qəhrəman olurlar. II Əbdülhəmidi biz öldürməliyik deməsi onun Osmanlıya olan nifrətinin nəticəsi idi. Amma Kazım Qarabəkir Paşa Türk xalqına qəhrəman kimi anlatılır. O, İstanbulda "İttihad və Tərəqqiyi" təşkilatlandıran adamdır.

Adnan Menderesin dini yönümdə Atatürk ideyalarının və CHP-nin siyasi kursunun əksinə gedərək gördüyü işlər daha çox diqqət çəkdi. Belə ki, onun rəhbərlik etdiyi hökumətin səyləri nəticəsində Türkiyədə məscidlərdə azanın təkrar ərəb dilində səslənməsinə nail

olundu, türklərin həcc ziyarəti etməsinə icazə verildi, məktəblərdə din dərslərinin və ərəb dilinin tədrisi bərpa olunaraq 25 mindən çox Quran kursu açıldı, dövlətin hicab geyinən qadınların geyiminə müdaxilə etməsi təcrübəsi aradan qaldırıldı, əvvəlki hökumətlərin anbar kimi istifadə etdiyi məscidlər məscid statusuna qaytarılmaqla 10 minlərlə yeni məscid inşa edildi, xatiblər, din müəllmləri yetişdirilməsi məqsədilə Anadoluda 22 universitet açıldı, dini jurnallar və qəzetlərin dərcinə başlanıldı. Menderesin xarici siyasətindəki dəyişiklik də onun İslam dininə yaxınlığını büruzə verdi. İşğalçı siyasət yürüdən İsrailə qarşı müharibə aparan ərəb dövlətləri ilə yaxınlaşdı və hətta 1956-cı ildə İsrail səfirini ölkədən qovdu. Bu azmış kimi İsraildə istehsal olunan mallara senzura qoyulmasına nail oldu.

27 may 1960-cı ildə Türk Silahlı Qüvvələrinin daxilindəki xunta tərəfindən həyata keçirilən çevrilişlə devrildi və həbs edildi, sonrasında isə İmralı adasında asılaraq edam edildi.

Tarixi məlumatların xatırladılmasının əsas məqsədi CHP hakimiyyətinin mahiyyətini açmaq üçündür. Düşünmək olar ki, CHP-nin, yəni onun idarəçilərinin məntiqindən fikirləşsək, onların da haqlı tərəflərinin olduğu aydın olar. Amma faktlar və tarixi hadisələr açıldıqca görmək olur ki, Osmanlıya qarşı cəbhə almış dünya gücləri Osmanlını yıxdıqdan sonra hakimiyyət başına keçən CHP və Atatürk həmin güclərin yeni yaranmış Türkiyə Cümhuriyyətinə olan təzyiqlərini dəf edə bilsə də, mahiyyət etibarilə həmin güclərin yumşaq təzyiqi altında qalır. Hərbi müdaxilə dəf edilsə də, mədəni və siyasi müdaxilə qalır. Bu, onların təşəkkürlərini zəbt etmiş məsələ olur, yəni birbaşa xarici güclərin istəyi ilə olmur. Əsrlər boyu oturuşmuş dini görüşlər, yeni nəsil insanlar, yəni CHP zehniyyəti üçün qəbuledilməz olur. Doğrudur bu, həmin dövr üçün mövcud olan tendensiya olur. Amma yaradılmış şərait bu günə kimi öz aktuallığını qorudu. Bu gün də CHP zehniyyəti dindar insanı özünə təhlükə kimi görür.

Türkiyə dövləti artıq yeni dövrə qədəm qoyub. Prezident Rəcəb Tayyip Ərdoğan rəhbərliyində geri dönməz kurs alıb. Bu kursun uğurları göz önündədir.

CHP müasir Türkiyənin yüz illik tarixində digər partiya və partiya rəhbərlərinə etdiyi özbaşınalıqların meyvəsini toplayır. Bu dəfə öz adına.

Azər Qasımov

ƏHD Partiyası İdarə Heyətinin üzvü, politoloq

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 02 Aprel 2025 21:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

UEFA Çempionlar Liqasının formatı dəyişir

03 Oktyabr 2025 23:56see170

Fransa klubunun qapıçısını 20 ilədək həbs gözləyir

04 Oktyabr 2025 04:23see149

Cabir İmanovun dəfnində bu foto rezonans yaratdı Sirlər açıldı

03 Oktyabr 2025 21:18see148

Yeni dövrün manifesti: İlham Əliyevin BMT tribunasından sülh, qələbə və ədalət çağırışı

04 Oktyabr 2025 10:56see142

Xalq artisti Hacıbaba Bağırovun vəfatından 19 il ötür

04 Oktyabr 2025 09:36see139

ABB və “Azər Türk Bank”la bağlı FƏRMAN

04 Oktyabr 2025 11:57see138

Yaponiya hakim partiyanın yeni sədrini seçəcək

04 Oktyabr 2025 05:22see133

Bu kimi nailiyyətlər gələcək qələbələr üçün möhkəm zəmin yaradır Rövşən Nəcəf

04 Oktyabr 2025 20:35see133

Premyer Liqa: “Sumqayıt” “Turan Tovuz”a qarşı

04 Oktyabr 2025 09:45see133

Qan şəkərini tarazlayan təbii qidalar Şəkərə qarşı təsirli üsul

04 Oktyabr 2025 05:06see132

AXINA QARŞI BİR ÖMÜR SEYİD ƏZİM OLMAQ

04 Oktyabr 2025 10:31see131

Alzheimerin müalicəsində yeni üsul kəşf olundu

04 Oktyabr 2025 07:07see131

Ən faydalı turşu

04 Oktyabr 2025 10:00see129

Tiflisdə 3 nəfərlik ailə 22 ci mərtəbədən yıxılaraq ölüb

04 Oktyabr 2025 15:34see129

Atam ağlayırdı, anam keyimişdi, mən isə qəh qəhə atıram

04 Oktyabr 2025 14:52see127

Saatlıda piyadanın vurulması ilə nəticələnən qəza olub

04 Oktyabr 2025 01:33see124

Cabir İmanovun dəfnində ŞOK görüntü FOTO

04 Oktyabr 2025 01:20see123

Mohave səhrasında naməlum təyyarə görənləri heyrətləndirdi

05 Oktyabr 2025 02:32see122

Gürcüstanın ABŞ dakı səfiri Dövlət Departamentinə çağırılıb

04 Oktyabr 2025 21:13see121

Teslanın robotu Optimusa kunq fu öyrətdilər VİDEO

05 Oktyabr 2025 05:12see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri