Icma.az
close
up
RU
CHP daxilində yaşanan böhran Azərbaycanda da xüsusi maraq doğurur ŞƏRH

CHP daxilində yaşanan böhran Azərbaycanda da xüsusi maraq doğurur ŞƏRH

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Partiya əvvəlki şəkildə fəaliyyətini davam etdirə bilməyəcək və daxili parçalanma ehtimalı getdikcə artır"

"Hətta Özgür Özəl yenidən partiya rəhbərliyinə qayıtsa belə, köhnə CHP modelinin əvvəlki təsir imkanlarını geri qaytarması real görünmür"

Türkiyənin ana müxalifət partiyası olan CHP-də siyasi böhran daha da dərinləşir. Ankara Məhkəməsinin partiyanın son qurultayının qərarını ləğv etməsi və Kamal Kılıçdaroğlunun yenidən sədr təyin olunması partiya daxilindəki gərginliyi artırıb. Qarşılıqlı ittihamlar, fövqəladə qurultay çağırışları və yeni partiya yaradılması ilə bağlı iddialar müzakirə predmetinə çevrilib. 

Partiyanın Qrup sədri Özgür Özəl ilk dəfə açıqlayıb ki, keçmiş CHP sədri Kamal Kılıçdaroğlu həbsdə olan Əkrəm İmamoğlu ilə görüşündə ona partiya rəhbərliyi təklif edib.

Özəl həmçinin CHP-də fövqəladə qurultay tələbi ilə bağlı artıq 804 imzanın toplandığını, bu sayın 900-1000-ə çatdığını bildirib. Onun sözlərinə görə, partiyada dəyişiklik tələbi güclənməkdə davam edir.

Yeni partiya yaradılması ilə bağlı iddialara da münasibət bildirən CHP rəsmisi qeyd edib ki, belə bir ssenari ən pis ehtimal kimi nəzərdən keçirilsə də, əsas məqsəd CHP-ni tərk etmək deyil. 

Mövzunu şərh edən siyasi şərhçi Azər Həsrət Sherg.az-a açıqlamasında bildirib ki, Azərbaycan cəmiyyəti və dövləti prinsip etibarilə qardaş Türkiyənin daxili siyasi proseslərinə müdaxilə etmir və oradakı qarşıdurmalarda tərəf kimi çıxış etmir. Bununla belə, həmsöhbətimiz qeyd edib ki, Türkiyədə baş verən siyasi hadisələr Azərbaycanda da diqqətlə izlənilir və CHP daxilində yaşanan böhran xüsusi maraq doğurur.

A. Həsrətin fikrincə CHP-də gedən proseslər daha çox emosional və daxili qarşıdurma xarakteri daşıyır. Onun qənaətinə görə, Özgür Özəlin ətrafında artıq kifayət qədər geniş siyasi və ictimai dəstək formalaşıb və partiyanın müəyyən hissəsi onu yeni lider kimi qəbul edir:

“Kamal Kılıçdaroğlunun yenidən sədr postuna qaytarılması və qurultay qərarının məhkəmə yolu ilə ləğv olunması CHP-ni ciddi siyasi sınaq qarşısında qoyub. Partiya əvvəlki şəkildə fəaliyyətini davam etdirə bilməyəcək və daxili parçalanma ehtimalı getdikcə artır. Hesab edirəm ki, Özgür Özəl üçün ən real variantlardan biri artıq CHP daxilində vaxt itirmək deyil, yeni siyasi platforma formalaşdırmaqdır. Özəlin yeni partiya quraraq liderliyini təsdiqləməsi üçün həm ictimai dəstək, həm də siyasi potensial mövcuddur.

Siyasi şərhçinin sözlərinə görə, Özgür Özəl bu fürsətdən düzgün istifadə edərsə, geniş seçici auditoriyasının dəstəyini qazana bilər: “CHP əvvəlki siyasi gücünü və nüfuzunu bərpa etməkdə çətinlik çəkəcək. Hətta Özgür Özəl yenidən partiya rəhbərliyinə qayıtsa belə, köhnə CHP modelinin əvvəlki təsir imkanlarını geri qaytarması real görünmür. Lakin Özgür Özəlin yarada biləcəyi yeni siyasi qüvvə CHP-nin bütün elektoratını öz ətrafında toplamaq gücündə olmasa da, Türkiyə siyasətində seçki baryerini keçə biləcək və müəyyən təsir imkanları qazana biləcək yeni müxalif platformaya çevrilə bilər”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://sherg.az
archiveBu xəbər 03 İyun 2026 18:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see341

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see308

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see253

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see248

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see217

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see215

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see208

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see202

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see201

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see199

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see199

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see194

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see184

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see182

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see176

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see175

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri