Icma.az
close
up
RU
CİA Rusiyanın Yaxın Şərq planını sızdırdı Putin gizli toplantıda hansı əmri verib?

CİA Rusiyanın Yaxın Şərq planını sızdırdı Putin gizli toplantıda hansı əmri verib?

Icma.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Suriyada Əsədin devrilməsi ilə Rusiyanın bu ölkədə, həm də yaxın Şərqdəki mövqelərinin zəiflədiyi görünsə də, mediaya sızan detallar Moskvanın Yaxın Şərqdə fərqli strategiya tətbiq etdiyini ortaya çıxarır.
Hurriyyet.az xəbər verir ki, ABŞ-da mənzillənən “Real Clear Defense” nəşri Rusiyanın Yaxın Şərq strategiyası ilə bağlı CİA-dan əldə etiyi məlumatları yayımlayıb.
Məlumata görə, ABŞ Ukraynaya Rusiya dərinliklərinə zərbələr endirmək icazəsi verdikdən sonra Putin Kremldə gizli toplantı keçirib.
Toplantıda Rusiyanın nüvə doktrinasının NATO-ya qarşı istifadə edilməsi ilə yanaşı, başqa qərarlar da verilib. Qərara görə, Rusiya İranın proksi qüvvələrinin olduğu bütün bölgələrə hərbi qüvvələr yerləşdirəcək, vasitəçilik fəaliyyətləri həyata keçirəcək, sülh danışıqlarına liderlik edəcək və yeni ticarət anlaşmaları ilə sanksiyaları dəlməyə çalışacaq.
Kreml Yaxın Şərqdə ABŞ-a alternativ olmaq strategiyasını tətbiq etməyi planlaşdırır.
ABŞ-da prezident seçilən Trampın İrandan qisas alacağı gözlənilir. Məlumatlara görə, Tehran Moskvadan kömək istəyib, Putin isə “bölgədə balans maraqlarımızın əleyhinə dəyişərsə, planı dərhal işə salacağıq” cavabını verib. Əsədin devrilməsindən sonra Putinin siyasi və hərbi qanada gizli toplantıda Yaxın Şərqlə bağlı verilən qərarın işə salınması tapşırığını verdiyi deyilir. Plana görə, Rusiya İranın bölgədəki proksi qüvvələrində rəhbərliyi ələ alacaq. Livan, Suriya və Yəməndə Tehrana bağlı HƏMAS, "Hizbullah" və husilərə verilən silah-sursat və maliyyə yardımı artırılacaq.
CİA-nın məlumatlarına görə, Moskva bununla həm yaxın Şərqdə ABŞ-a əsas alternativ olmaq, həm də ərəb ölkələri ilə hərbi və iqtisadi əlaqələri gücləndirmək istəyir.
ABŞ və İsrail mənbələri isə Rusiya hərbi strateqləri və kəşfiyyatçılarının bir ildən artıqdır HƏMAS və husilərin olduğu bölgələrdə fəaliyyətə başladığı haqda məlumatlar yayıb. İsrail mediası hətta "Hizbullah" qüvvələrinin hazırda Ukrayna cəbhəsində Rusiya tərəfindən döyüşdüyünü də iddia edir./publika.az/

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:81
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 09 Dekabr 2024 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see192

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see156

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri