Cibinizdə telefon titrəyirmiş kimi hiss edirsiniz? Səbəbi açıqlanıb
Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ölkə.az "lenta.ru"ya istinadla xəbər verir ki, bu barədə psixoloq Nikolas Kardaras danışıb.
O bildirib ki, cibdə telefon vibrasiyası olmadığı halda onun titrədiyini hiss etmək (“fantom vibrasiya” effekti) də bu problemdən xəbər verə bilər.
Psixoloq əlavə edib ki, çat-botlara və süni intellekt sistemlərinə həddindən artıq etibar etmək, insanın müstəqil düşünmə bacarığını zəiflədə bilər və bu da asılılığın göstəricilərindən biri sayılır.
Kardaras smartfon asılılığından qurtulmaq üçün ən azı bir gün ərzində telefondan tamamilə uzaq qalmağı tövsiyə edib. Onun sözlərinə görə, sosial şəbəkələrdə vaxt keçirmək əvəzinə gəzintiyə çıxmaq, dostlarla ünsiyyət qurmaq və dopamin ifrazını artıran digər fəaliyyətlərlə məşğul olmaq daha faydalıdır.
“Sadəcə bir gün sosial şəbəkələrdə sonsuz sürüşdürmədən (skrollinqdən) uzaq qalmaq beynin kimyəvi balansının və mərkəzi sinir sisteminin bərpasına kömək edən əsl yenilənmə effekti yarada bilər”, – deyə mütəxəssis vurğulayıb.
Həmidə İbrahimova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:178
Bu xəbər 04 Avqust 2026 10:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















